İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3441
01.07.2022, 11:23
Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərli iyunun 28-də özünü Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən mənzilinin eyvanından atıb (11-ci mərtəbə). 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar həkimin pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.
Oxu24/com musavat.com-a istinadən bildirir ki, qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.
Xalidə Kəngərlinin həyat yoldaşının psixoloji problemlərinin olduğu və bu səbəbdən uzun müddətdir qapalı mühitdə qaldığı iddia edilsə də, həmin iddiaların əsassız olduğu bildirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov isə həkimin həyat yoldaşı Rüfət Kəngərlinin Komitənin əməkdaşı olduğunu deyib:
"O, Bakı Baş Gömrük İdarəsində gömrük xidməti mayorudur. Gömrük inspektoru kimi çalışır".
Eyni zamanda ətrafda yaşayan sakinlər mərhumun yoldaşı R.Kəngərlinin sakit biri olduğunu, səmimi şəkildə hər kəslə görüşdüyünü, hətta bəzən balıq tutmağa getdiyini də söyləyiblər.
Bəzi sakinlər isə cütlüyün boşanma qərarını aldığını və bu səbəbdən aralarında son zamanlar münaqişələrin çoxaldığını bildiriblər. Hadisənin də bu səbəbdən qaynaqlandığı iddia edilir.
00:16 / 26 Oktyabr 2026
65
23:59 / 25 Oktyabr 2026
71
23:18 / 25 Oktyabr 2026
79
22:59 / 25 Oktyabr 2026
76
22:45 / 25 Oktyabr 2026
79
22:21 / 25 Oktyabr 2026
544
22:18 / 25 Oktyabr 2026
163
22:00 / 25 Oktyabr 2026
91
20:35 / 25 Oktyabr 2026
78
20:15 / 25 Oktyabr 2026
526
19:30 / 25 Oktyabr 2026
1777
19:02 / 25 Oktyabr 2026
258
16:35 / 25 Oktyabr 2026
95
16:05 / 25 Oktyabr 2026
152
15:37 / 25 Oktyabr 2026
1596
15:34 / 25 Oktyabr 2026
99
15:19 / 25 Oktyabr 2026
131
15:08 / 25 Oktyabr 2026
125
15:05 / 25 Oktyabr 2026
158
14:36 / 25 Oktyabr 2026
108
14:15 / 25 Oktyabr 2026
806
14:00 / 25 Oktyabr 2026
328
13:50 / 25 Oktyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.