Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
71346
az

Bakıda ailə faciəsi; uşağının gözü önündə... - Qohumundan hamilə qalıbmış

00:3829 İyun, 2022
207
REDAKTORUN SEÇİMİ
  • A

Keçmiş həyat yoldaşını azyaşlı övladının gözü qarşısında öldürmək istəyən Həbib Məmmədovun cinayət işi üzrə təfərrüatlar məlum olub. 

XəzərXəbər xəbər verir ki, hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsində qeydə alınıb. Həbib Məmmədov arvadına qısqanclıq zəminində 3 yaşlı övladının gözünün qarşısında bıçaqla zərbələr vurub.

Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Cinayəti törtəməkdə şübhəli bilinən Həbib Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

İş üzrə dindirilmiş Həbib Məmmədov ifadəsində bildirib ki, 2010-cu ildə Lalə Məmmədova ilə ailə həyatı qurub və nikahdan iki övladları dünyaya gəlib. Fəhləliklə məşğul olub.

Hadisədən təxminən 6-7 ay əvvəl arvadı ilə rəsmi şəkildə ayrılıb və anasının evinə köçüb.

2021-ci ildə iyunun 30-u saat 22 radələrində yan evdən kişi səsi eşidib qəzəblənib və pəncərəni döyüb. Amma Lalə pəncərəni açmayıb. Həmin vaxt düşünüb ki, qadın evdə yad kişi olduğu üçün onu içəri buraxmır və buna görə də onu öldürməyi qərarlaşdırıb. 

Bir həftə sonra axşam işdən qayıdanda hamamda gizlətdiyi bıçağı götürüb, arvadının qaldığı evin qapısını döyüb. Lalə qapını açıb, Həbib isə içəri daxil olan kimi darvazanın qapısını bağlayıb ki, hadisənin şahidi olmasın. Qapını bağladıqdan sonra Lalədən evində həmin gün kişi olub olmadığını soruşub. Yoldaşı onun səhv etdiyini evə anasının gəldiyini deyib. Bu zaman Həbib arxa sol cibindən bıçağını çıxarıb, azyaşlı övladının gözü önündə qadının bədəninə zərbələr endirməyə başlayıb. Aldığı zərbələrdən yerə yıxılan qadının öldüyünü düşünüb, öz evinə qayıdıb. Hamam otağında əl-üzünü yuyub və qəbiristanlığa gedib. Bir müddətdən sonra polis əməkdaşları ona yaxınlaşaraq onu idarəyə aparıblar. Yoldaşının həmin vaxt hamilə olmasını cinayət məsuliyyətinə cəlb olunandan sonra bilib.

Zərərçəkmiş Lalə Məmmədova ifadəsində bildirib ki, heç yerdə rəsmi işləməsə də, ara bir qonşu və qohumların evində xadimə kimi işləyib çörək pulu qazanıb. Yaşadığı ünvanda iki həyət evi yerləşir. Birində o, əri və övladları ilə, digərində isə Həbibin valideynləri və qardaşı yaşayıblar. 

Ailə həyatı qurduqdan sonra Həbib mütəmadi spirtli içki qəbul etməyə başlayıb. Sərxoş halda evdə münaqişələr yaradıb. Buna baxmayaraq o, heç vaxt polisə şikayət etməyib. Daha sonra məhkəməyə müraciət edərək rəsmi şəkildə boşanıblar. Ayrıldıqdan sonra Həbib anasıgildə yaşamağa başlayıb. O isə azyaşlı övladı ilə öz evində qalıb. 

Məmmədova ifadəsinin davamında bildirib ki, hadisə baş verən günü Həbib sərxoş halda evə gələrək onunla barışmaq istədiyi deyib. Daha sonra 100 manat pul verərək onunla cinsi əlaqədə olmağı təklif edəndə deyib ki, "ayıb olsun mən səninçün əxlaqsız qadınam bəyəm?"
Sol əlini cibinə salaraq sağ əli ilə boğazından tutub onu özünə tərəf çəkib. Bıçaqla qarın nahiyyəsinə zərbələr vurub. Özünü müdafiə edib Həbibi itələyən zaman yoldaşı sağ ayağına xəsarətlər yetirib. Həbib artıq öldüyünü düşünüb və evdən çıxıb gedib.

Zərərçəkmiş əlavə edib ki, 2020-ci ilin yanvar ayında yoldaşı ilə ayrıldıqdan sonra xalası oğlu ilə yaxın münasibətdə olub və ondan hamilə qalıb. 

Məhkəmə prosesi zamanı Həbib Məmədov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş təqsirləndirilən şəxsə qanuna müvafiq cəza təyin edilməsini istəyib. 

Sonda Məhkəmənin hökmü ilə Həbib Məmmədov CM-nin 29.120.2.4 ( xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3 gün ardıcıl qeyri-iş günü olacaq
Bakıya sulu qar yağacaq
Məşhur iş adamı niyə həbs edilib? - Ağac qalmaqalı

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb