İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
560
26.06.2022, 12:24
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Oxu24.com FHN-ə istinadən xəbər verir ki, müraciətdə müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırılır:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, bir sıra yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bununla yanaşı, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".
Prezident mühüm fərman imzaladı: Ayda 2 min manat veriləcək - SİYAHI
22:04 / 26 Oktyabr 2026
53
22:02 / 26 Oktyabr 2026
49
21:58 / 26 Oktyabr 2026
48
21:53 / 26 Oktyabr 2026
58
21:44 / 26 Oktyabr 2026
53
21:32 / 26 Oktyabr 2026
56
21:30 / 26 Oktyabr 2026
61
21:05 / 26 Oktyabr 2026
755
21:02 / 26 Oktyabr 2026
74
20:56 / 26 Oktyabr 2026
76
20:30 / 26 Oktyabr 2026
78
20:26 / 26 Oktyabr 2026
78
20:17 / 26 Oktyabr 2026
77
20:07 / 26 Oktyabr 2026
97
19:57 / 26 Oktyabr 2026
67
19:43 / 26 Oktyabr 2026
92
19:17 / 26 Oktyabr 2026
77
19:00 / 26 Oktyabr 2026
79
18:47 / 26 Oktyabr 2026
92
18:36 / 26 Oktyabr 2026
108
18:20 / 26 Oktyabr 2026
89
18:10 / 26 Oktyabr 2026
87
17:45 / 26 Oktyabr 2026
195
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.