Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə avtomobil kanala aşdı, xəsarət alanlar var - Hadisə yerindən video

Kürdəmirdə avtomobil kanala aşdı, xəsarət alanlar var - Hadisə yerindən video

REDAKTORUN SEÇİMİ

359

26.06.2022, 11:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kürdəmirdə avtomobil su kanalına düşüb, bir ailənin 4 üzvü xəsarət alıb.
 

Oxu24.com-un  xəbərinə görə, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunun Atakişili kənd sakini 33 yaşlı Sərxan Cəlal oğlu Kərimov “Nissan” markalı avtomaşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Hadisə zamanı sürücü Sərxan Kərimov və onun sərnişinləri - 25 yaşlı Kərimova Samirə Elxan qızı, 2 yaşlı Kərimli Aylin Sərxan qızı və 1 yaşlı Kərimli Cəlil Sərxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.