Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70601
az

İlkin Süleymanovun məhkəməsində şok ifadə - VİDEO

22:3408 İyun, 2022
146
REDAKTORUN SEÇİMİ
  • A

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu24.com  xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən bugünkü iclasda müdafiə tərəfinin şahidləri dindirilib.

İstintaq materiallarında göstərilib ki, İlkin Süleymanovun alt paltarlarında Nərmin Quliyevaya aid izlər aşkar olunub. İttiham olunan tərəf üzərində izlərin qaldığı iddia olunan alt paltarının İlkin Süleymanov həbs olunduqdan sonra alındığını bildirib.

Bu epizodlarla bağlı bu gün məhkəmədə Tovuz bazarında paltar satışı ilə məşğul olan Müslüm Əliyev ifadə verib.

Şahidin sözlərinə görə, həqiqətən də İlkin Süleymanov həbs olunandan iki gün sonra qardaşı Bəhruz Süleymanov onun mağazasından alt paltarları alıb: “Yanvar ayının 7-si Bakıdan qayıtmışdım, səhəri gün İlkinin qardaşı Bəhruz mağazaya gəlib, İlkin üçün alt paltarı verməyimi istədi. Dedi ki, İlkin polisdədir, paltarları ora aparacağam. Hətta paltarların ölçüsünü də yoxladıq ki, İlkinin əyninə olar, yoxsa yox”.

Bəhruz Süleymanov da eyni epizod üzrə ifadə verib. O da alt paltarını qardaşı həbs olunduqdan sonra aldığını deyib.

Məhkəmədə kənd sakini Rüfət Əliyev də ifadə verib.

Şahid deyib ki, Nərmin Quliyevanın meyiti tapılmamışdan əvvəl əmisi Arif Quliyev onlara gələrək Nərminin paltarının, ya ayaqqabısının onların qapısına atıla biləcəyini bildirib: “Nərminin meyiti tapılmazdan 3 gün əvvəl əmisi Arif bizə gəlib dedi ki, ola bilər Nərminin paltarını, ya da ayaqqabısını sizin qapıya atarlar. Gözdə-qulaqda olun, nəsə atsalar, bizə xəbər verin”.

Şahid Nərminin paltarının kiminsə qapısına atılacağını və ya öldüyünü Arifin haradan bilməsi ilə bağlı sualın cavabını bilmədiyini deyib.

Prosesin davamında İlkin Süleymanovun bacısı oğlu Nicat Eminov ifadə verib. Şahidin sözlərinə görə, Nərmin itkin olan müddətdə dayısı tərəfindən saxlanıldığı deyilən otaqda paltar geyinib. Həmin vaxt isə orda heç kim olmayıb: “Dekabr ayının 15-də rayona toya getmişdim. Həmin gün Nərminin saxlanıldığı deyilən otaqda kostyum geyinmişəm. Yanımda dostum var idi, o da şahiddir”.

Proses sabah davam etdiriləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Mayın 19-u günün ikinci yarısı...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub