İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
511
02.06.2022, 23:30
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi ilə bağlı məhkəmə prosesi davam etdirilib.
Oxu24.com-un xəbərinə görə, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təcridxanada İlkin Süleymanovla eyni kamerada saxlanılan Raqif Mirzəyevin dindirilməsi davam etdirilib. Şahid ifadəsində onunla eyni kamerada saxlanılan və sonradan İlkin Süleymanovun əleyhinə ifadə verən şəxslərin dediklərinin yalan olduğunu deyib.
O, İlkin Süleymanovun heç vaxt cinayət törətməsini etiraf etmədiyini bildirib: "İlkinlə bir kamerada olduğumuz müddətdə heç vaxt uşaq öldürdüyünü deməyib. Hamı da onun günahsız olduğunu bilirdi".
Prosesdə Nərmin Quliyevanı sonuncu dəfə görən iki məktəblinin hazırlıq müəllimi Laləzar Məmmədova da ifadə verib. Bundan əvvəlki iclasların birində ifadə verən məktəblilər noyabrın 21-i, yəni Nərmin Quliyeva itkin düşən gün hazırlıqdan qayıdan vaxt, təxminən 16:30-da Nərmini nənəsigilin evinin yanında gördüklərini deyiblər.
İttiham aktında isə qeyd olunub ki, İlkin həmin gün saat 14:30-da Nərmini evə dəvət edib və 47 gün orda saxlayıb. Bugünkü prosesdə ifadə verən müəllim Laləzar Məmmədova şagirdlərin hazırlıq saatının vaxtı ilə bağlı dediklərini təsdiq edib. Müəllim bildirib ki, hazırlıq dərsi həmişə saat 14:30-16:30 arasında olub.
Proses iyunun 3-də davam etdiriləcək.
01:39 / 28 Oktyabr 2026
1
01:33 / 28 Oktyabr 2026
26
00:25 / 28 Oktyabr 2026
69
00:10 / 28 Oktyabr 2026
438
23:47 / 27 Oktyabr 2026
87
23:45 / 27 Oktyabr 2026
72
23:34 / 27 Oktyabr 2026
79
23:19 / 27 Oktyabr 2026
95
23:04 / 27 Oktyabr 2026
211
22:48 / 27 Oktyabr 2026
85
22:46 / 27 Oktyabr 2026
115
22:44 / 27 Oktyabr 2026
79
22:41 / 27 Oktyabr 2026
85
22:39 / 27 Oktyabr 2026
237
22:37 / 27 Oktyabr 2026
83
22:24 / 27 Oktyabr 2026
94
22:21 / 27 Oktyabr 2026
79
22:03 / 27 Oktyabr 2026
369
21:55 / 27 Oktyabr 2026
80
21:46 / 27 Oktyabr 2026
83
21:33 / 27 Oktyabr 2026
750
21:14 / 27 Oktyabr 2026
521
21:09 / 27 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.