Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70279
az

Avtomobillərin icbari sığorta haqqı artırılır? VİDEO

22:4101 İyun, 2022
147
  • A

Avtomobillərin icbari sığortasının qiymətlərinin artırılması müzakirə edilir.

Artıq bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdikləri üçün müraciət edənləri sığorta etməkdən imtina edirlər. Müştərilərə isə bunu proqramın işləməməsi ilə izah edirlər.

Xezerxeber.az-ın məlumatına görə, Sığortaçılar Assosiasiyasından bildirilib ki,  son dövrlər daha çox aktual olan və hər bir avtomobil sahibini düşündürən bu məsələ ilə bağlı hazırda ciddi iş aparılır. Qeyd edilib ki, tariflərdə nəzərdə tutulan müvafiq dəyişiklik əsasən hadisə tarixçəsində daha çox qəza qeydə alınmış sürücülərə şamil ediləcək. 

Sığorta eksperti Vüsal Bədəlov hesab edir ki, əgər qərar verilərsə qiymətlərdəki dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək.

Qeyd edək ki, buna görə də sığorta sektorunda risk əsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır.

Ekspert deyir ki, bu üsul dünya təcrübəsində də geniş istifadə olunur.

Qiymətlərdə dəyişikliyin aktuallaşması isə sürücülərin ürəyincə deyil.

Xatırladaq ki, 2011-ci ildən bu günə kimi icbari sığorta tarifləri dəyişməyib. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Oteldəki ölüm hadisəsində fərqli iz: Dörd dostun yanında başqa kimlər olub?  
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı