Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR: Bu avtobusda gedişhaqqı ucuzlaşdı-  VİDEO

ŞAD XƏBƏR: Bu avtobusda gedişhaqqı ucuzlaşdı-  VİDEO

REDAKTORUN SEÇİMİ

510

01.06.2022, 20:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Metronun "Əhmədli" stansiyasından Hövsan qəsəbəsinə sərnişin daşıyan 132 nömrəli avtobusda gedişhaqqı ucuzlaşıb. Buna səbəb avtobusda gedişhaqqının nağdsız formada, yəni kart sistemi ilə qəbul edilməsidir.

Oxu24.com-un  məlumatına görə, indiyə qədər sərnişinlər məsafədən asılı olmayaraq həmin avtobusda gedişhaqqını 40 qəpik olaraq ödəyiblər.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gedişhaqqı 35 qəpik müəyyən edilib.

Sərnişinlər bu addımı müsbət qiymətləndirdiklərini deyirlər və hesab edirlər ki, kart sisteminə keçid neqativ halları da aradan qaldıracaq.

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi "BakıKart" vasitəsilə nağdsız formada həyata keçirilir. Yaxın vaxtlarda daha bir neçə avtobusda gedişhaqqının nağdsız formada qəbul ediləcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: