Avtobuslarla bağlı ŞAD XƏBƏR!
28 Oktyabr 2026, 11:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
772
28.05.2022, 23:41
İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindəndir.
Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək. Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq. Monitorinqin müddəti 120 dəqiqədir.
IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı mütləqdir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.
Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən sinfə keçmələrinə təsir göstərmir.
Monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək təhsilalanların tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə reytinq göstəricisini müəyyən etməyə, həmçinin bu fənlər üzrə həmin şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə imkan yaradacaq.
Təcili işçilər tələb olunur: Maaş 500-800-1500 manat
Hər Gün 1 SOĞAN YEYİN! - Görün Sizə Nə Edəcək...
12:16 / 28 Oktyabr 2026
1
12:10 / 28 Oktyabr 2026
23
12:07 / 28 Oktyabr 2026
28
12:00 / 28 Oktyabr 2026
35
11:48 / 28 Oktyabr 2026
231
11:46 / 28 Oktyabr 2026
51
11:41 / 28 Oktyabr 2026
158
11:36 / 28 Oktyabr 2026
60
11:33 / 28 Oktyabr 2026
76
11:30 / 28 Oktyabr 2026
66
11:26 / 28 Oktyabr 2026
120
11:24 / 28 Oktyabr 2026
60
11:20 / 28 Oktyabr 2026
58
11:19 / 28 Oktyabr 2026
63
11:17 / 28 Oktyabr 2026
66
11:11 / 28 Oktyabr 2026
80
11:07 / 28 Oktyabr 2026
97
11:03 / 28 Oktyabr 2026
71
10:58 / 28 Oktyabr 2026
72
10:55 / 28 Oktyabr 2026
70
10:50 / 28 Oktyabr 2026
1307
10:48 / 28 Oktyabr 2026
78
10:44 / 28 Oktyabr 2026
685
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.