Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda güclü yanğın: Ölən var

Azərbaycanda güclü yanğın: Ölən var

REDAKTORUN SEÇİMİ

653

28.05.2022, 08:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Oğuz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb. Kənddə yerləşən fərdi yaşayış evlərindən birinin yanması nəticəsində evdə yaşayan 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədova yanaraq ölüb.
Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.