Bu gün Azərbaycanda qısa iş günüdür
07 Mart 2025, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86REDAKTORUN SEÇİMİ
205
27.05.2022, 14:58
Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30 %-nin fiziki şəxslərə geri qaytarılması qaydaları yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan mənzillərə şamil ediləcək.
Bu barədə “Report”a açıqlamasında vergi məsələləri üzrə ekspert Anar Bayramov məlumat verib.
ƏDV-nin qeri qaytarılması öhdəliyi Prezident İlham Əliyevin mayın 25-də təsdiq etdiyi “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda öz əksini tapıb.
Onun sözlərinə görə, yeni qayda ilə bağlı bəzi məsələlərin tənzimlənməsinə ehtiyac var.
“Mənzil MTK-dan alınmalıdır”
“Ümumi müddəa budur ki, yalnız bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır. Hər hansı bir şəxsdən, agentlikdən alınan daşınmaz əmlaka bu qayda şamil olunmur. Mənzili satan şəxs mütləq bina tikintisi ilə məşğul olmalı və ƏDV ödəyicisi olmalıdır. Bu, MTK da ola bilər, hər hansı digər korporativ də", - A. Bayramov bildirib.
Onun sözlərinə görə, 2021-ci ilə qədər ölkədə qüvvədə olan qanunvericiliyə əsasən bina tikintisi ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyiciləri idi: "Onların vergitutma mexanimzi başqa cür tənzimlənirdi. Yəni mənzilin kvadratı sabit məbləğə, zona əmsalına vurularaq ödəniləcək vergi hesablanırdı.
2021-ci ildən bu şəxslər də ƏDV ödəyicisi olub. Ola bilər ki, bina tikintisi ilə məşğul olan şirkət bu gün ƏDV ödəyicisidir, amma, məsələn, 2019-cu ildə bina tikib, həmin binadan bir neçə satılmayan mənzil qalıb və bu gün şirkət həmin mənzili satır. Bu zaman həmin mənzillərə görə ödənilən ƏDV-nin 30 %-i geri qaytarılmayacaq. Çünki həmin bina şirkətin sadələşmiş vergi ödəyicisi olduğu dövrdə tikilib. Amma bina tikintisi ilə məşğul olanların ƏDV ödəməyə cəlb edilməsi barədə qanun qəbul ediləndən sonra şirkət növbəti binanı tikibsə, bu binadan satılan mənzillərə görə ödənilən ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır".
Həmçinin oxuyun
Məsələn, mənzil ƏDV daxil 236 min manata satılıbsa, 36 min manat ƏDV məbləğinin 30 %-i, yəni 10 min 800 manat vətəndaşa geri qaytarılacaq.
"Digər tərəfdən, vətəndaş mənzili 2021-ci ildə bina tikintisi ilə məşğul olanlara ƏDV-nin şamil edilməsindən sonra alıbsa, ƏDV-nin geri qaytarılması ilə bağlı qaydaların bu günlərdə qüvvəyə minməsinə baxmayaraq, o ödədiyi ƏDV-nin 30 %-ni geri ala biləcək", - ekspert əlavə edib.
“Ödəniş mütləq nağdsız olmalıdır”
Ekspert deyib ki, indiki qaydalarda vacib şərt odur ki, ödəniş mütləq nağdsız qaydada olmalı, yəni MTK-nın birbaşa bank hesabına yatırılmalıdır: “ƏDV isə ƏDV depozit hesabına ödənilməlidir. Lakin hazırda bununla bağlı qanunvericilikdə məsələ və texniki imkanlar yoxdur. Yəni, hansısa şirkətin bank hesabına ödəyə bilərsiniz, amma onun ƏDV-sini depozit hesabına ödəyə bilməzsiniz. ƏDV-ni ancaq köçürmə yolu ilə bankdan banka ödəmək mümkündür. Vətəndaşın bank hesabı olmadığı üçün hökumət burda yeni bir formul fikirləşəcək. Texniki imkanları aktivləşdirəcəklər ki, əsas məbləğ kimi ƏDV-ni MTK nın ƏDV depozit hesabına rahat ödənilsin və nəticədə həmin ƏDV-nin 30 %-ni vətəndaşa qaytarmaq mümkün olsun. Bu qaydaların qüvvəyə mindiyi günə qədər vətəndaşın ödənişi hansı formada etdiyinin fərqi yoxdur. Bu, nağd qaydada da ola bilər, şirkətin bank hesabına yatırmaqla da. Qaydalar qüvvəyə minəndən sonra isə ödənişlər mütləq şirkətin bank hesabına ƏDV depozit hesabına olunmalıdır. Artıq nağd ödəniş edilə bilməz. Yəni şirkətin rekvizitlərini alıb banka gedirsiniz və onun bank hesabına ödəniş edirsiniz. Qeyd edim ki, mənzil alqı-satqısı zamanı ödənişlər tam və ya hissə-hissə edilir. Yalnız bütün ödəniş bağlandıqdan sonra ƏDV-nin 30 %-i vətəndaşa geri qaytarılır. Tutaq ki, 236 min manat ödənişin 190 min manatını ƏDV daxil ödəmisizsə, 236 min manat tam ödənilib qurtarandan sonra 36 min manatın 30 %-i sizə geri qaytarılır”.
“Bina tam tikilib təhvil verilməlidir”
A.Bayramov bildirib ki, ƏDV-ni geri almaq üçün ödənişi əvvəlcədən etmək kifayət etmir: ”Bəzən ucuz başa gəlsin deyə vətəndaşlar əvvəlcədən ödənişin tam və ya yarı hissəsini ödəyirlər. Ödənişin hamısının əvvəlcədən edilməsi hələ o demək deyil ki, sizə ödədiyiniz ƏDV geri qaytarılacaq. ƏDV-nin 30 %-nin geri qaytarılması üçün həm ödəniş tam olmalı, həm də bina tam tikilib vətəndaşa təhvil verilməlidir. Yəni, tutalım, ödəniş tam edilib, amma binanın tikintisi hələ dördüncü mərtəbədədirsə, vətəndaş ƏDV-ni geri tələb edə bilməz”.
O, hesab edir ki, yeni qaydalarla bağlı sual doğuran məsələlərdən biri də bu qaydaların ipoteka ilə satılan mənzillərə aid olub-olmaması barədədir: "Yeni tikili binalardan ipoteka yolu ilə mənzil alan zaman ödənişi mənzil sahibinə bank edir və alıcı da borcunu banka ödəyir. Düşünürəm ki, bu qaydalar ipoteka ilə satılan mənzillərə şamil olunmayacaq. Çünki burda bəzi nüanslar uyğunsuzluq təşkil edir”.
11:48 / 15 Mart 2025
Prezident onları təltif etdi - Siyahı
1
11:12 / 15 Mart 2025
Qərargah rəisi intihar etdi - Foto
303
11:01 / 15 Mart 2025
Mal-qara otaran 23 yaşlı oğlanın meyiti tapıldı
11
10:49 / 15 Mart 2025
DİN: Ötən gün 43 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
12
10:31 / 15 Mart 2025
“Putinə Ukraynadan gizli zəng gəlib” - Lukaşenko
18
10:22 / 15 Mart 2025
Şəhid xanımı oxuduğu universitetdə işə başladı
13
10:11 / 15 Mart 2025
Nazirə sanksiya tətbiq olundu
24
09:50 / 15 Mart 2025
111 yaşlı qadın uzunömürlülüyün sirrini açıqladı
19
09:40 / 15 Mart 2025
Boşanma parti”si nə deməkdir?
16
09:27 / 15 Mart 2025
9-cu sinif buraxılış imtahanlarının vaxtı təyin edildi
19
09:16 / 15 Mart 2025
İdeal imsak və iftar süfrəsi necə olmalıdır?
36
09:00 / 15 Mart 2025
“Putin bu müharibədən çıxa bilməz” - Zelenski
39
21:49 / 14 Mart 2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
96
21:20 / 14 Mart 2025
Tıxaclara qarşı mübarizə: Yeni yollar salınır - VİDEO
103
20:58 / 14 Mart 2025
Ramazanın 15-ci gününün duası - İmsak və iftar vaxtı
138
20:43 / 14 Mart 2025
Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
117
20:22 / 14 Mart 2025
SON DƏQİQƏ! Rusiya Azərbaycanla bağlı açıqlama yaydı
1629
20:11 / 14 Mart 2025
Bu rüsum 100 manat
165
20:06 / 14 Mart 2025
Danimarka Demokratları Qrenlandiya üzərində ABŞ-a qarşı birliyə çağırır
127
19:56 / 14 Mart 2025
Kanada rəsmi olaraq baş naziri dəyişir
143
19:48 / 14 Mart 2025
İŞİD liderlərindən biri öldürülüb
146
19:34 / 14 Mart 2025
DİN vətəndaşlara müraciət edib
155
19:29 / 14 Mart 2025
BMT hakimi qadını köləliyə məcbur etməkdə təqsirli bilinib
152
19:24 / 14 Mart 2025
Putin və Maduro danışıqlara başlayıb
149
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.