Qaynar xətt:

(+99450) 247 90 86

ƏHALİYƏ XƏBƏRDARLIQ! 10 rayonda su olmayacaq

ƏHALİYƏ XƏBƏRDARLIQ! 10 rayonda su olmayacaq

REDAKTORUN SEÇİMİ

325

26.05.2022, 22:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək.

Bu barədə  Oxu24.com-a "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.