Allahşükür Paşazadə: Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir
28 Oktyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
416
24.05.2022, 18:12
"Bu həftənin ikinci yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm küləyin mülayimləşməsində, həm də temperaturun tədricən yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək".
Oxu24.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bu ilin may ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib: "Ötən illərlə müqayisədə bu ay daha çox dəyişkən keçir, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik olmayan hava şəraiti qeydə alınır. Siklonların növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində təzyiq və temperatur kontrasları yaranıb".
Onun sözlərinə görə, may ayının keçən günlərinin havasının təhlili göstərir ki, 11 gün ərzində havanın temperaturu iqlim normasından 3 dərəcəyədək aşağı olub: "Yağıntılı günlərin nisbətən çox olması keçən ilin müvafiq dövrü ilə müqayisədə çaylarda daha yüksək sululuğa səbəb olub. Bəzi yerlərdə düşən yağıntının miqdarı, məsələn Bakıda 29 faiz, Qubada 132 faiz, Şəkidə 57 faiz, Şamaxı və Lerikdə 72 faiz, Balakəndə 80 faiz, Kürdəmirdə 39 faiz iqlim normasından çox qeydə alınıb. Dağətəyi rayonlarda dolu düşüb, dağlıq rayonlarda 8 gün ərzində qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub”.
U.Tağıyeva qeyd edib ki, küləkli günlərin sayına görə birincilik həmişə Abşeron yarımadasında olub: "Lakin son zamanlar bu sanki regionlara da keçib. Belə ki, ölkə ərazisinin bəzi yerlərində mayın 24-ü günündən 17-si küləkli olub. Küləyin maksimal sürəti isə mayın 7-də 35 m/s-ə çatıb. Nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə uyğunlaşmır. Lakin bu, aldadıcıdır. Məhz fəsilə uyğun olmayan atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri anlayışının təzahürüdür. Lakin təbiətdə hava qədər dəyişkən müqayisə olunası heçnə yoxdur”.
01:13 / 29 Oktyabr 2026
1
00:04 / 29 Oktyabr 2026
195
23:58 / 28 Oktyabr 2026
72
23:54 / 28 Oktyabr 2026
21459
23:53 / 28 Oktyabr 2026
166
23:46 / 28 Oktyabr 2026
85
23:33 / 28 Oktyabr 2026
195
23:20 / 28 Oktyabr 2026
138
23:19 / 28 Oktyabr 2026
462
23:14 / 28 Oktyabr 2026
76
23:10 / 28 Oktyabr 2026
97
22:50 / 28 Oktyabr 2026
1068
22:45 / 28 Oktyabr 2026
87
22:37 / 28 Oktyabr 2026
81
22:33 / 28 Oktyabr 2026
80
22:29 / 28 Oktyabr 2026
409
20:59 / 28 Oktyabr 2026
91
20:36 / 28 Oktyabr 2026
114
20:29 / 28 Oktyabr 2026
96
20:26 / 28 Oktyabr 2026
91
20:25 / 28 Oktyabr 2026
79
20:23 / 28 Oktyabr 2026
128
20:20 / 28 Oktyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.