Allahşükür Paşazadə: Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir
28 Oktyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
897
20.05.2022, 11:02
ARB telekanalında yayımlanan "Səni axtarıram" proqramının aparıcısı Xoşqədəm Hidayətqızı və veriliş iştirakçılarından biri - Bərdə rayon Piyadalar kənd sakini Sadıqova Gözəl Aslan qızı barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.
Oxu24.com xəbər verir ki, sikayətçi Arif Muradovun vəkili Bəhruz Bayramovun "AzPolitika.info"ya açıqlamasında bildirdiyinə görə, buna səbəb teleaparıcı və Bərdə sakininin 11, 16, 17 may 2022-ci il tarixlərində yayımlanan verilişlərdə müvəkkilini, onun ailə üzvlərini qətl törətməkdə ittiham etmələridir.
Qeyd edək ki, sözügedən cinayət hadisəsi 2016-cı ilin mayında Bərdə rayonunun Piyadalar kənində baş verib. Kənd sakini, telefon təmiri, fotoqraflıqla məşğul olan Bayramov Tahir Salman oğlu avtomobilində qətlə yetirildikdən sonra yandırılıb. Hazırda cinayətin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi tərəfindən davam etdirilir.
Arif Muradov şikayət ərizəsində bildirib ki, mərhum telefonlarını təmir etdiyi qadınların fotolarını öz şəxsi telefonuna köçürərək saxlayıb:
"Onların arasında mənim ailə üzvlərimə məxsus şəkillər də olub. İstintaq zamanı ailə üzvlərimiz, habelə telefonda fotoları olan başqa qadınlar şahid qismində dindiriliblər. Kənd sakinləri mənim ailəminin əxlaqına bələddirlər..."
A.Muradovun sözlərinə görə, "Səni axtarıram" verilişinin yuxarıda qeyd edilən tarixlərdə yayımlanan hissəsində mərhumun anası Sadıqova Gözəl Aslan qızı və teleaparıcı onu açıq formada qətlin təşkilatçısı və icraçısı kimi ittiham ediblər.
Vəkil Bəhruz Bayramov bildirib ki, şikayət ərizəsi bu gün Nərimanov rayon məhkəməsinə təqdim edilib.
07:33 / 29 Oktyabr 2026
58
07:32 / 29 Oktyabr 2026
55
01:47 / 29 Oktyabr 2026
793
01:20 / 29 Oktyabr 2026
759
01:13 / 29 Oktyabr 2026
303
00:04 / 29 Oktyabr 2026
563
23:58 / 28 Oktyabr 2026
128
23:54 / 28 Oktyabr 2026
22764
23:53 / 28 Oktyabr 2026
785
23:46 / 28 Oktyabr 2026
152
23:33 / 28 Oktyabr 2026
307
23:20 / 28 Oktyabr 2026
184
23:19 / 28 Oktyabr 2026
670
23:14 / 28 Oktyabr 2026
109
23:10 / 28 Oktyabr 2026
151
22:50 / 28 Oktyabr 2026
1442
22:45 / 28 Oktyabr 2026
112
22:37 / 28 Oktyabr 2026
106
22:33 / 28 Oktyabr 2026
103
22:29 / 28 Oktyabr 2026
472
20:59 / 28 Oktyabr 2026
103
20:36 / 28 Oktyabr 2026
134
20:29 / 28 Oktyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.