Qaynar xətt:

(+99450) 247 90 86

DİQQƏT! Təhsil Nazirliyi vacib açıqlama yaydı

DİQQƏT! Təhsil Nazirliyi vacib açıqlama yaydı

REDAKTORUN SEÇİMİ

1312

18.05.2022, 09:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün saat 11:00-da Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Bu barədə Oxu24.com-a Təhsil Nazirliyindən bildirilib.

Vakansiya seçimi üçün elektron sistem 23 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə edilir.

MAY AYINDA TOY ETMƏK OLMAZ? - İNANLMAZ SƏBƏB