Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Səhiyyə naziri mühüm əmr imzaladı: Tibb işçiləri mütləq oxusun

SON DƏQİQƏ! Səhiyyə naziri mühüm əmr imzaladı: Tibb işçiləri mütləq oxusun

REDAKTORUN SEÇİMİ

739

11.05.2022, 18:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Səhiyyə naziri Teymur Musayev “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə əmr imzalayıb.
 
Oxu24.com xəbər verir ki, əmrə əsasən, müvafiq şəxslərin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.
 
Bir ay müddətində imtahanın keçirilməsi qaydası barədə nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq. İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq Kadr məsələləri üzrə Komissiyaya təqdim ediləcək.
 
Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.