Qaynar xətt:

(+99450) 247 90 86

Səhiyyə naziri karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib

Səhiyyə naziri karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib

REDAKTORUN SEÇİMİ

647

10.05.2022, 11:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusu karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.

Oxu24.com-un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.

O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".