Allahşükür Paşazadə: Dini mərkəzlər arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir
28 Oktyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2411
03.05.2022, 21:59
Bu gün kütləvi informasiya vasitələrində yayılan video gündəmi zəbt edib. Belə ki, videoda bir kişi müəllimin intim görüntüləri əks olunub və məlumatda qeyd olunub ki, tələbə qızlara qiymət yazmaq üçün müəllim virtual seks təklifi edib. Əməkdaşımız həmin müəllimlə söhbət edib.
Oxu24.com-un verdiyi məlumata görə, videosu yayılan müəllim 1971-ci il təvəllüdlü Elşad Məmmədağa oğlu Rəhimovdur. 2017-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar fənlər” kafedrasında çalışan müəllim haqqında yayılan videonun əslində 1 il əvvəl çəkildiyini və tələbələrlə heç bir əlaqəsinin olmadığını bildirib: “Yayılmış görüntülərlə bağlı onu deyə bilərik ki, 2021-ci ildə mənə "messencer"ə, şəxsi telefonuma müəyyən videolar gəlirdi. İstər-istəməz iş adamı olduğum üçün bizim telefona gələn linkləri, "whatsapp" məlumatları açıb oxuyuruq. Yəni, baxırıq ki, nazirlikdən, idarə və təşkilatlardan gələn məlumatları vaxtında, müəyyən edək, bilək. Həmin adını demək istəmədiyim videolar olduğu üçün mən onları qısa baxan kimi, bağlayırdım. Həmin videolarla bağlı sonra mən Lənkəran şəhərində kompüter mərkəzlərindən birinə müraciət etdim, çünki özüm o qədər də məlumatlı deyildim. Həmin məlumatlar kompüter mütəxəssisləri vasitəsilə mənim mobil telefonundan silindi, həmin nömrələr də, hansı ki, o nömrələrdən gəlmişdi. İndi artıq 1 il həmin vaxtdan keçib. Bir həftə bundan qabaq mənə gizli nömrə ilə zəng olundu, hansısa bir jurnalist tərəfindən və həmin jurnalist mənə bildirdi ki, videoları biz ictimailəşdirəcəyik. Dedim ki, mən o işin sahibi deyiləm.”
Elşad Rəhimov bildirib ki, tələbələrə qiymət yazmaq üçün onun tərəfindən əxlaqsız təkliflərin edilməsi yalandır və məlum videonu tələbələr yayılmayıb: “Mən artıq 5-6 ildir ki, universitetdə müəllim kimi fəaliyyət göstərirəm, heç bir başqa qeyri münasibət ola da bilməz. Bütün rayon əhli də məni tanıyır, mənim nəslimi də tanıyır. Heç o videoların mənə aidiyyəti yoxdur. Özüm o videoya belə bir münasibət bildirərdim ki, adam evində də oturub videoya baxanda istər-istəməz adamın sifəti, baş hissəsi həmin videoya düşə bilər. Həmin o səhnə də quraşdırmadır. Mən bunları təkzib edirəm. Lənkəran Dövlət Universitetinin tələbələri mənim öz balalarımdır. Onlarla yalnız mənim tələbə-müəllim kimi münasibətim vardır. Müəllimin işi dərsi tədris etməkdir. Başqa heç bir münasibət də ola bilməz. Universitetdə də tam şəffaflıq hökm sürür. Guya hansısa yolla onlara qiymət yazmaq məsələsi ola bilməz, tələbə oxuyur öz halal qiymətini alır.
Bu videonu tələbələr yaymayıb, tələbələrlə də danışmışıq. Mənim tədris etdiyim 3-4 qrup var ki, onların sinif nümayəndələri ilə biz danışmışıq, digər aidiyyəti nümayəndələrlə də danışmışıq, heç bir tələbə bu videonu yaymayıb. Jurnalist deyir ki, 10 qız tələbəmiz guya məndən şikayət edib. Bu, tamam yalandır, mən bunu tam təkzib edirəm.”
Elşad Rəhimov onu da qeyd edib ki, böhtan atan və haqqında yalan məlumatlar paylaşan jurnalistlərlə bağlı Daxili İşlər Nazirliyinə və məhkəməyə müraciət edəcək.
Universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Daxili İşlər Nazirliyi məsələ ilə bağlı araşdırma aparır və araşdırmanın nəticəsindən asılı olaraq tədbir görüləcək.
02:20 / 30 Oktyabr 2026
467
02:02 / 30 Oktyabr 2026
264
01:48 / 30 Oktyabr 2026
202
01:35 / 30 Oktyabr 2026
103
01:25 / 30 Oktyabr 2026
520
01:02 / 30 Oktyabr 2026
92
00:57 / 30 Oktyabr 2026
180
00:54 / 30 Oktyabr 2026
88
00:52 / 30 Oktyabr 2026
81
00:26 / 30 Oktyabr 2026
96
23:55 / 29 Oktyabr 2026
87
23:40 / 29 Oktyabr 2026
175
23:27 / 29 Oktyabr 2026
100
23:23 / 29 Oktyabr 2026
192
23:20 / 29 Oktyabr 2026
107
23:11 / 29 Oktyabr 2026
484
23:08 / 29 Oktyabr 2026
251
23:05 / 29 Oktyabr 2026
1823
23:00 / 29 Oktyabr 2026
279
22:50 / 29 Oktyabr 2026
113
22:47 / 29 Oktyabr 2026
117
22:42 / 29 Oktyabr 2026
257
22:37 / 29 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.