Mehdi Rəhimov vəfat edib
06 Aprel 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1889
27.04.2022, 22:56
Ötən gün Bakının Nəsimi rayonu Natiq Şahbazov 36 ünvanında 8 yaşlı uşağın ölüm xəbəri yayıldı.
Baş verən faciənin detallarını öyrənmək məqsədi ilə Nəsimi Rayon Prokurorluğuna üz tutduq. Bildirildi ki, Ruintin Nəmin Kənan İrəc oğlu 2014-cü ildə Bakıda anadan olub. Ailəsi ilə birgə Nəsimi rayonu Natiq Şahbazov 36, mənzil 34 ünvanında yaşayıb. 151 saylı tam orta məktəbin 2-ci sinfində oxuyurmuş. Hadisənin baş vermə səbəbləri Prokurorluq tərəfindən araşdırılır.
Beləliklə 8 yaşlı Kənanın təhsil aldığı orta məktəbə yollandıq. Məktəbin direktor müavini bildirdi ki, Kənanın dərsə davamiyyətində, dərslərə və şagirdlərə münasibətində heç bir problem olmayıb. Əksinə, balaca Kənan dərslərini yaxşı oxuyub, hətta idman və rəqslə də məşğul olub. Məktəblə yaşadığı bina arasında çox az məsafə olmasına baxmayaraq, bir gün belə valideyin müşayəti olmadan dərsə gəlməyib. Davamiyyəti və dərs göstəriciləri qənaətbəxş olub.
Aprelin 26-da da dərs bitdikdən sonra məktəbdən evə anası ilə birgə qayıdıb.
Həmçinin oxu: Azərbaycanda bir telefona satılan qız! -Fahişəliyə cəlb edilən qızdan şok sözlər
Həmçinin oxuyun
Bədbəxt hadisə evə qayıtdıqdan sonra yaşanıb: “8 yaşlı Kənanın yaşadığı mənzilin qarşısındayıq. O, burda ailəsi ilə birgə yaşayıb. Ötən gün hadisə bu evdə yaşanıb. Mərhum anas ilə məktəbdən evə gəlib. O ailənin tək oğul övladıdır. Özündən böyük iki bacısı var. Ailə uzun illərdir bu mənzildə yaşayır və Kənanın atası iranlıdır. Hazırda evdə hüzr mərasimi keçirildiyindən içəri keçə bilmirik”.
Kənanın dayısı ilə ayaqüstü söhbət etdik. Öyrəndik ki, idmanla məşğul olan Kənanın öz otağında turnik quraşdırılıb. Anası mətbəxtdə iftar süfrəsi üçün hazırlıq görüb, təxminən 20 dəqiqə uşaqdan xəbəri omayıb. Valideynləri ona telefon və planşetdən kənar olmağı məsləhət görübmüş. Elə hadisə baş verən ərəfədə Kənanın otağından səs gəlmədiyi üçün anası elə bilib ki, planşetdə ondan gizlin oyun oynayır. Otağa baş çəkəndə uşağın boğazının turnikdən asılı olan ipə dolaşdığını görüb. Dayısı deyir ki, anası onu görəndə rəngi artıq qaralıbmış.
Ailənin sevimlisi olan Kənanın 19 və 22 yaşlı iki bacısı var.
20:28 / 11 Aprel 2026
5
20:10 / 11 Aprel 2026
19
19:46 / 11 Aprel 2026
37
19:36 / 11 Aprel 2026
46
19:26 / 11 Aprel 2026
52
19:16 / 11 Aprel 2026
61
19:05 / 11 Aprel 2026
122
18:34 / 11 Aprel 2026
61
18:14 / 11 Aprel 2026
81
18:02 / 11 Aprel 2026
109
17:40 / 11 Aprel 2026
282
16:09 / 11 Aprel 2026
1479
16:05 / 11 Aprel 2026
667
16:00 / 11 Aprel 2026
389
13:04 / 11 Aprel 2026
192
12:43 / 11 Aprel 2026
2512
10:58 / 11 Aprel 2026
121
10:57 / 11 Aprel 2026
119
10:26 / 11 Aprel 2026
107
10:25 / 11 Aprel 2026
139
10:23 / 11 Aprel 2026
106
00:32 / 11 Aprel 2026
287
00:13 / 11 Aprel 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.