Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Ukrayna ordusu bu əraziləri azad etdi

SON DƏQİQƏ! Ukrayna ordusu bu əraziləri azad etdi

REDAKTORUN SEÇİMİ

1270

19.04.2022, 08:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri ətrafındakı bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.

Oxu24.com  UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik aprelin 18-də keçirdiyi brifinqdə məlumat verib.

"Bəli, təsdiq edə bilərəm. Ukrayna hərbçilərinin intensiv döyüşləri nəticəsində bir sıra yaşayış məntəqələri azad edilib. Əlavə məlumat verə bilmərəm", - o deyib.

A.Motuzyanik bildirib ki, məhz Slobojanski istiqamətində İzyum şəhəri və onun ətrafı rus bölmələrinin ən çox cəmləşdiyi yerlərdir: "Məhz oradan onlar şərqə doğru hücumu intensivləşdirməyə çalışacaqlar".