Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda dəhşətli qətl: Başı kəsilən müəllimə görün kimdir

Azərbaycanda dəhşətli qətl: Başı kəsilən müəllimə görün kimdir

REDAKTORUN SEÇİMİ

1422

17.04.2022, 10:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Zaqatalada kişi arvadının boğazını kəsərək qətlə yetirib, sonra eyni üsulla özünü öldürüb.

Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Çardaqlar kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini 1985-ci il təvəllüdlü Qılman Həsənov həyat yoldaşı, 1985-ci ildə anadan olmuş  Həsənova Xavər Şamil qızının boğazını kəsərək qətlə yetirib, daha sonra intihar edib.

Onların meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada əri tərəfindən boğazı kəsilərək qətlə yetirilən Xavər Həsənova müəllimdir.

O, rayon məktəblərindən birinin ibtidai sinifində dərs deyirmiş. 

Bu şəxslər  5 il pensiyaya tez çıxacaq - Azərbaycanda dəyişiklik

 

(report)