Azərbaycanda QAR YAĞIR
31 Oktyabr 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2597
14.04.2022, 13:54
Astarada ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Şuvi kəndində ümumi sahəsi 576 m² (mansardası və hər mərtəbəsi 192 m²) olan ikimərtəbəli mansarda tipli 6 otaqlı evin yanar konstruksiyaları 384 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
APA-nın məlumatına görə, yanan ev 39 yaşlı Şaban Məmmədsəfa oğlu Məmmədova məxsus olub. 3 mərtəbəli, 9 otaqlı ev içindəki əşyalarla birgə tamamilə yanıb. Hadisə zamanı evdə qonaqlarla birgə 15 nəfər olub. Hadisədən əvvəl elektrik sayğacının açarı avtomatik olaraq sıradan çıxıb və elektrik naqillərində qısaqapanma baş verib. Yanğın mansarddan başlayaraq sürətlə yayılıb.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Astara Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Küləkli hava şəraitinə baxmayaraq, yanğınsöndürənlərin səyləri nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, evi yanan şəxs məşhur falçı kimi tanınan mərhum Məmmədsəfa Məmmədovun oğludur.

13:00 / 31 Oktyabr 2026
1
12:52 / 31 Oktyabr 2026
58
12:42 / 31 Oktyabr 2026
153
12:28 / 31 Oktyabr 2026
57
12:23 / 31 Oktyabr 2026
431
12:10 / 31 Oktyabr 2026
60
11:42 / 31 Oktyabr 2026
78
11:40 / 31 Oktyabr 2026
144
11:36 / 31 Oktyabr 2026
298
11:34 / 31 Oktyabr 2026
71
11:15 / 31 Oktyabr 2026
1009
11:12 / 31 Oktyabr 2026
78
11:10 / 31 Oktyabr 2026
164
10:25 / 31 Oktyabr 2026
92
10:24 / 31 Oktyabr 2026
79
09:22 / 31 Oktyabr 2026
92
04:25 / 31 Oktyabr 2026
380
00:59 / 31 Oktyabr 2026
145
00:50 / 31 Oktyabr 2026
670
00:24 / 31 Oktyabr 2026
154
00:18 / 31 Oktyabr 2026
317
00:07 / 31 Oktyabr 2026
152
00:03 / 31 Oktyabr 2026
915
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.