Qaynar xətt:

(+99450) 247 90 86

Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Ölən şəxs kimdir?

Baş Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı: Ölən şəxs kimdir?

REDAKTORUN SEÇİMİ

1220

11.04.2022, 20:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş Prokurorluq Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.

Qurumun Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax Rayon Prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 1500-2000 MANAT