Ukrayna Silahlı Qüvvələri Rusiyanın 331-ci Qvardiya Hava Desant Alayının bütün komandanlığını məhv edib.
Oxu24.com xəbər verir ki, Bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev Facebook-da yazıb.
Onun sözlərinə görə, Ukrayna ərazisində hərbi toqquşmalar nəticəsində 331-ci alaya komandanlıq edən polkovnik Sergey Suxarev öldürülüb. Qərargah rəisi, podpolkovnik, qərargah zabitləri də hamısı məhv edilib.
Eks-deputat onu da xatırladıb ki, 2014-cü ildə İlovayski “yaşıl dəhliz”lə tərk edən Ukrayna qoşunlarına məhz 331-ci alay kürəyindən xain zərbəsi endirib. Həmin hücuma şəxsən Suxarev rəhbərlik etmişdi. Bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Anatoli Ştefan bildirib. O vaxt Suxarev yalnız bir batalyon-taktiki dəstəyə rəhbərlik edirdi. Lakin Ukraynanın işğalı zamanı Suxarev artıq alaya komandanlıq edirdi.
"Azov" alayı əsir götürdükləri rusları biabırçı vəziyyətə saldı (18+VİDEO)
Oxu24.com
ŞƏRHLƏR