Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
67227
az

Azərbaycanda bayram günü dəhşət: Ölənlər var

22:4021 Mart, 2022
470
REDAKTORUN SEÇİMİ
  • A

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.

BDYPİ-dən Oxu24.com-a bildirilib ki, hadisə saat 10:15 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb:

“Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri - “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb.

Yük maşını isə hadisə zamanı aşıb.

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır”.

SON DƏQİQƏ! "BAYRAKTAR" rusun milyonluq silahını məhv etdi - ANBAAN VİDEO

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!