Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63821
az

Ət bahalaşdı, qiymətlər açıqlandı - VİDEO

14:3216 Yanvar, 2022
752
REDAKTORUN SEÇİMİ
  • A

Paytaxtdan sonra ətin qiymətində olan artım dalğası bölgələrə də çatıb. Əməkdaşlarımız fərqli rayonlardakı bazarlarda və ət satışı məntəqələrində mövcud vəziyyəti lentə alıblar.

Həm satanlar, həm də alanlar narazıdırlar. Söhbət ətin qiymətindəki bahalaşmadan gedir.

Oxu24.com  xezerxeber.az-a istinadən bildirir ki, bura Tovuzun mərkəzi ticarət mərkəzindəki ət satışı bölməsidir. Satışa çıxarılan iri və xırdabuynuzlu heyvan ətlərinin satış qiymətində artım var. Alıcılar deyirlər ki, son vaxtlar ət xeyli bahalaşıb və bu fərq bəzi hallarda 4 manata çatır.

Satıcılar qiymət artımını fərqli səbəblərlə izah edirlər. Onların sözlərinə görə, heyvan yemindəki qiymət artımı fermerlərə təsir etdiyi üçün onlar da heyvanları baha satırlar.

Bərdədə də quzu ətində bahalaşma qeydə alınıb. Satıcıların sözlərinə görə, əvvəllər 12 manata satılan quzu əti indi 3 manata qədər bahalaşıb.

Bərdədə mal ətində isə qiymət artımı yoxdur. Rayonda mal ərinin qiyməti 9-10 manat arasında dəyişir. Ancaq satıcılar bazarda heyvanın diri çəkisinin bahalaşdığını deyirlər. Qeyd edək ki, bölgələrdə ət satışındakı qiymət artımı yanvar ayından müşahidə olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu