Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62969
az

Polis bu rayonda əməliyyat keçirdi: Xeyli sayda tutulan var

13:2823 Dekabr, 2021
239
REDAKTORUN SEÇİMİ
  • A

Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 13 şəxs saxlanılıb, 4 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Emin Ağacanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırmalarla onun narkotik vasitəni əldə etdiyi şəxsin rayon sakini Faiq Əlizadə olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

F.Əlizadənin üzərindən və yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Bundan əlavə Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son vaxtlar keçirdikləri ardıcıl əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 11 nəfər - X.Rzayev, C.Qurbanov, E.Qəmbərli, R.Abıyev, M.Kazımov, F.Kazımzadə, N.Balayev, R.Tağıyev, E.Qəribov, R.Nuriyev və B.Muradov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli anlar: Qadını zorla maşına mindirib..
APA TV - nin əməkdaşı vəfat edib
Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeniyetmə oğlan Gəncə sakininə qarşı onlayn dələduzluq etdi