Qaynar xətt:

(+99450) 247 90 86

Qonaq getdiyi evdə öldürüldü -Azərbaycanda dəhşət

Qonaq getdiyi evdə öldürüldü -Azərbaycanda dəhşət

REDAKTORUN SEÇİMİ

318

14.12.2021, 09:08

Ağsu rayonunda qətl hadisəsi törədilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Padarqışlaq kəndində qeydə alınıb. Sabirabad rayonunun Balvar kənd sakini, 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndində qonaq olarkən onunla qohumları arasında mübahisə yaranıb. M.Dərgahlı mübahisə zamanı bir neçə bıçaq xəsarəti alıb. Ətrafdakı insanlar onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.