Qaynar xətt:

(+99450) 247 90 86

Erməni əsgərlər bir-birini güllələdi: Ölən və yaralılar var

Erməni əsgərlər bir-birini güllələdi: Ölən və yaralılar var

REDAKTORUN SEÇİMİ

1175

11.12.2021, 10:31

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.
“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb. Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.
Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb, daha 2 hərbçi yaralanıb. Hadisənin təfərrüatı araşdırılır.