Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
62452
az

SON DƏQİQƏ! Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi Qarabağdakı vəziyyətlə bağlı açıqlama yaydı

18:4010 Dekabr, 2021
496
  • A

Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayandan indiyədək erməni qüvvələrinin 203 dəfə atəşkəsi pozduğunu qeydə alıb.

Oxu24.com  xəbər verir ki, məlumatı “TRT Haber” telekanalı yayıb.

Televiziya əməkdaşı Fatih Avanosu mərkəzə ezam edib.

Mərkəzin 11 aydır fəaliyyət göstərdiyini vurğulayan F.Avanos burada 60 türk hərbçisinin xidmət etdiyini, onlardan 13-nün PUA operatoru olduğunu bildirib.

Müxbirin sözlərinə görə, atəşkəs pozuntuları barədə həm Azərbaycan, həm də Ermənistan tərəfinə məlumat göndərilir.

Jurnalist atəşkəs pozuntularının necə hesablandığına da aydınlıq gətirib: “Əslində, bu pozuntuların daha çox olduğunu bilirik. Ancaq türk hərbçilər eyni müddətdə təkrarlanan pozuntuları atəşkəsin pozulması üzrə bir fakt kimi qeydə alırlar. Beləliklə, atəşkəs pozuntularının minimum sayı 203-dür”.

Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2021-ci il yanvarın 30-da fəaliyyətə başlayıb. Hazırda mərkəzdə 60 rusiyalı və eyni sayda türkiyəli hərbçi xidmət edir. Onlar PUA-lar vasitəsilə atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Güclü külək əsəcək, intensiv yağış və qar yağacaq - XƏBƏRDARLIQ

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir
İlhamə Quliyevanın oğulluğunun itkin düşdüyü anla bağlı ŞOK SƏS YAZISI
Qaz olmayacaq - DİQQƏT!

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Ağdaşda bir ton çətənə kolu məhv edildi