FHN açıqlama yaydı: 5 meyit tapılıb
09 Fevral 2026, 09:52
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
405
09.12.2021, 19:19
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkum Saleh Rüstəmovun son durumu ilə bağlı məlumat yayıb.
Oxu24.com xəbər verir ki, məlumatda deyiir:
"Bəzi sosial şəbəkələrdə məhkum Saleh Rüstəmovun səhhəti ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edilib.
Bununla əlaqədar bildirilir ki, hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı S.Rüstəmov qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub.
Həmçinin oxuyun
Eyni zamanda onunla dəfələrlə psixoloji-profilaktik, fərdi-tərbiyəvi, səhhəti ilə əlaqədar maarifləndirici-izahedici söhbətlər aparılıb, qida qəbulundan imtinanın verə biləcək fəsadları ətraflı izah edilib. Bu məqsədlə həmçinin, S.Rüstəmova müntəzəm olaraq hüquqi yardım göstərən vəkili və yaxın qohumları ilə görüşməsinə, telefonla danışmasına şərait yaradılıb.
Məhkum S.Rüstəmov Ombudsman aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutları və hüquq müdafiəçiləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı ofisinin nümayəndələri tərəfindən də qəbul edilərək onunla izahedici söhbətlər aparılıb.
Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda respublikada səfərdə olan türkiyəli psixoloqların S.Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib.
S.Rüstəmova həmçinin 07.12.2021-ci il tarixdə Azərbaycan Tibb Univerisitetinin professoru tibb üzrə elmlər doktoru Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib".
13:04 / 16 Fevral 2026
5
12:55 / 16 Fevral 2026
25
12:52 / 16 Fevral 2026
26
12:49 / 16 Fevral 2026
36
12:43 / 16 Fevral 2026
35
12:30 / 16 Fevral 2026
660
12:25 / 16 Fevral 2026
41
12:20 / 16 Fevral 2026
37
12:19 / 16 Fevral 2026
39
12:04 / 16 Fevral 2026
88
11:57 / 16 Fevral 2026
38
11:43 / 16 Fevral 2026
131
11:39 / 16 Fevral 2026
40
11:34 / 16 Fevral 2026
39
11:19 / 16 Fevral 2026
89
11:11 / 16 Fevral 2026
43
11:06 / 16 Fevral 2026
66
11:01 / 16 Fevral 2026
168
10:53 / 16 Fevral 2026
309
10:28 / 16 Fevral 2026
2248
10:20 / 16 Fevral 2026
74
10:11 / 16 Fevral 2026
48
10:05 / 16 Fevral 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.