Zakir Həsənov XƏSTƏLƏNDİ
08 Noyabr 2026, 16:34
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
441
09.12.2021, 09:09
“Vətəndaşlarımızın bura səfərləri təşkil olunur. Yaxınlarda məlumat verildi ki, bu dövr ərzində bizim 24 nəfər vətəndaşımız minadan həyatını itirib. Bunun özü böyük faciədir. Vətəndaşlarımıza sizin tribunanızdan istifadə edib səslənmək istəyirəm ki, səbrli olsunlar. Dövlətin əsas vəzifələrindən biri öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir”, - E.Hüseynov qeyd edib.
Oxu24.com-un məlumatına görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Xalq qəzeti”nə müsahibəsində bildirib.
Prezidentin xüsusi nümayəndəsi deyib ki, Azərbaycan dövləti nəyə qadir olduğunu göstərib: “Çox qısa müddətdə bizi Qarabağımıza qovuşdurdu. Dövlət öz üzərinə düşən missiyanı yerinə yetirməklə vətəndaşına nə qədər sahib çıxdığını, onu nə qədər qoruduğunu, yüksəkdə tutduğunu göstərdi. Vətəndaşlarımız da arxayın olsunlar ki, bu zəfəri bizlərə bəxş edən dövlətimiz onları da bu torpağa qaytaracaq.
Bizim üçün bu ərazilərdə bərpa-quruculuq işləri o qədər vacibdir ki, bunlarsız Qələbənin anlamı olmaz. Biz bu torpaqlarda həyatı bərpa edəcəyik və vətəndaşlarımızın təhlükəsiz şəkildə böyük qayıdışını təmin edəcəyik. Buna heç kimin şübhəsi olmasın”.
09:36 / 09 Noyabr 2026
269
09:26 / 09 Noyabr 2026
51
09:19 / 09 Noyabr 2026
86
08:46 / 09 Noyabr 2026
83
08:42 / 09 Noyabr 2026
462
08:25 / 09 Noyabr 2026
116
04:25 / 09 Noyabr 2026
626
02:31 / 09 Noyabr 2026
608
01:34 / 09 Noyabr 2026
347
01:20 / 09 Noyabr 2026
766
01:10 / 09 Noyabr 2026
460
01:06 / 09 Noyabr 2026
211
00:58 / 09 Noyabr 2026
438
00:50 / 09 Noyabr 2026
326
00:29 / 09 Noyabr 2026
1270
00:25 / 09 Noyabr 2026
641
00:21 / 09 Noyabr 2026
231
00:17 / 09 Noyabr 2026
172
00:12 / 09 Noyabr 2026
166
23:49 / 08 Noyabr 2026
281
23:45 / 08 Noyabr 2026
239
23:18 / 08 Noyabr 2026
1467
23:14 / 08 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.