Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
61000
az

Ermənilərin alternativ yolu başlarına bəla oldu

19:0512 Noyabr, 2021
506
REDAKTORUN SEÇİMİ
  • A

Ermənilərin alternativ yolu başlarına bəla olub.


Oxu24.com  KAİM.az-a isitnadən xəbər verir ki, Azərbaycan tərəfi dünəndən etibarən Qafan-Gorus yolunun 21 km-lik hissəsində gömrük-keçid məntəqələri qurub.

Yeni qaydalara əsasən yoldan keçən təkcə, yük maşınları deyil, həmçinin ərazidə yaşayan ermənilərin də keçməsinə görə, dövlət rüsumu tutulacaq. 

Qeyd edək ki, Qafan-Gorus yolunda gömrük məntəqəsinin qurulımasından sonra Ermənistanda ara qarışıb. Vəziyyət belədir ki, dünəndən bir qrup insan İrəvanın mərkəzində etiraz aksiyası keçirir və hökumətin istefasını tələb edirlər. Onlar bəyan edirlər ki, Şurnuxu, Vorotan və Bərdzrəvan kəndlərində yaşayan 700 ailə çıxılmaz vəziyyətə düşüb.

Həmin kəndlərin alternativ yoldan istifadə etməsi isə yaxın bir neçə həftə ərzində mümkün deyil. 

 Bu əsnada, Bərdzrəvan kəndinin icma rəhbəri Onik Avaqyan deyir ki, onlar Qafana çıxmaları üçün 33 km, Gorusa getmələri üçün isə ən azı 70 km yol getməlidirlər. “Tatev-Ağvan yolunu çəkdikdən sonra biz artıq Qafana iki dəfə artıq yol getməli olacağıq. Üstəlik, buna qədər 5 km torpaq yola asfalt çəkilməlidir”.  Qeyd edək ki, Ermənistan hökuməti bəyan edib ki, Tatev-Ağvan yolu açıqdır və istismara verilib. Hazırda həmin yolda digər təmiş işləri həyata keçirilir. “Qafan-Gorus yolunun bağlanmasını faciə etməyin. Hazırda Tatev-Ağvan yolu açıqdır və hamı ondan istifadə edə bilər”.  Lakin bu gecədən Ermənistanın qısa müddətdə çəkdiyi və dünəndən təqdimatını etdiyi Tatev-Ağvan yolu bağlanıb. Belə ki, dünən gecə yağan qardan sonra yol tamamilə iflic vəziyyətinə düşüb.  “Hazırda Tatev-Ağvan yolunda maşın karvanının sonu görünmür. Bütün yol iflic olub. Azca qar yağıb və yolda hərəkət mümkünsüzə çevrilib. Hələ qış gəlməyib, təsəvvür edin ki, qışda bu yol nə vəziyyətdə olacaq. Bir sözlə, bu yol da keçilməz olacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Mayın 19-u günün ikinci yarısı...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub