Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60400
az

SPİD xəstəliyinə yoluxduğunu göstərən 10 əlamət - Necə başlayır?

21:1531 Oktyabr, 2021
486
REDAKTORUN SEÇİMİ
  • A

QİÇS (el arasında SPİD kimi tanınan) infeksion xəstəlik virus vasitəsilə yoluxur, insanın immune hüceyrələrini dağıdır.
Bu virus ən çox insanın qanında yaşaya bilir. Ona görə xəstə adamın 1 damla qanında QİÇS virusu 2-3 sutka canlı qala bilir.

Medicina.az SPİD-in yoluxma yolları və əlamətlərini təqdim edir.

Bu xəstəlik daha çox qorunmasız və müxtəlif partnyorlarla cinsi əlaqə, eləcə də qan vasitəsilə insan orqanizminə düşür. Yoluxmadan sonra insan bu virusun daşıyıcısı olur, uzun müddət proses gizli gedir, hətta analizdə belə çıxmaya bilər və insan heç bir əlamət hiss etmir.
SPİD anal və vaginal cinsi əlaqə, eyni şpris, iynədən damardaxili istifadə, tatuaj, pirsinq zamanı və eləcə də yoluxmuş anadan uşağa doğuş və hamiləlik zamanı keçir.

Virus geyim, qab-qacaq, dəsmal, çarpayı və ağız suyu, əldən keçmir.

Lakin son elmi tədqiqatlar uzun müddətli xəstə adamla öpüşmə və ağız suyu kontaktı ilə də az miqdarda virus yoluxmasının baş verdiyini sübut edib.

Orqanizmdə SPİD olduğunu göstərən əsas əlamətlər:

- Boğazda ağrı, hərarətin 37-dərəcəyə qalxması
- Dərinin səthinin ağrıması, əzələ, oynaq, sümük ağrıları
- titrətmə
- Boyun limfa düyünlərinin şişməsi
- Dəridə müxtəlif səpkilər
- Yorğunluq, əzginlik
- Çəki itkisi, səbəbsiz arıqlama
- Gecə tərləmələri
- İshal, mədə-bağırsaq pozulmaları
- Depressiya
- Ağızda və cinsi orqanlarda müxtəlif yaralar, stomatit
- Tez –tez göbələk xəstəliklərinə tutulma
- Sonradan infeksiya ağciyərləri, sinir sistemini zədələyir, vərəm, onkoloji xəstəliklər baş qaldıra bilər

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürücülərin diqqətinə: Bu halda polis sizə cərimə yaza bilməz
Qaz olmayacaq - XƏBƏRDARLIQ
SON DƏQİQƏ! FHN dəhşətli hadisə ilə bağlı açıqlama yaydı