Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
60002
az

Bakıdan İran-Ermənistan ittifaqına AĞIR ZƏRBƏ - Vəziyyət kritikləşə bilər

19:2824 Oktyabr, 2021
594
REDAKTORUN SEÇİMİ
  • A

İran prezidenti İbrahim Rəisi ölkənin Qərbi və Şərqi Azərbaycan vilayətlərinin nümayəndələri ilə parlamentdə görüşündə deyib, biz qonşularla yaxşı münasibətlər istəyirik, amma yenə də həmin mövzunu təkrarlayıb: "Sionistlərə imkan verməyəcəyik ki, qonşularımızla münasibətlərə xələl gəlsin"".

Oxu24.com xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, İran tutduğu yoldan əl götürən deyil:

"Bütün bunlar göstərir ki, indiki halda tərəflər arasında vəziyyət nisbətən normallaşsa da bir müddət keçəndən sonra biz növbəti gərginliklərin şahidi ola bilərik. Azərbaycan gərginlik istəmir, bu, bizim maraqlara ziddir. Biz İranla normal münasibətlər istəyirik, ortaq layihələrin reallaşmasını istəyirik. Amma İranda anlamalıdırlar ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz, qarışsanız cavabını alacaqsınız. Bax, bu gərginlik İrana bunu sübut etməli idi ki, daxili işlərimizə qarışsanız cavabını alacaqsınız. Necə ki, aldılar və müəyyən qədər geri çəkildilər. 

İranda yenə hansısa bir başıpozuq deputat, hansısa bir general bir müddət keçəcək, yenə Azərbaycan əleyhinə bir açıqlama verəcək və vəziyyət yenə də gərginləşmə həddinə gəlib çıxacaq. Çünki İranın bu məsələdə vahid bir siyasəti yoxdur. İran nazirliyi açıqlama verdi ki, Qarabağa qanunsuz yük daşımayın. Amma məsələ bununla bitmir. İranın bizdən başqa tələbləri də var. Azərbaycanınd axili işlərinə qarışmaq istəyir, İsraillə əməkdaşlığımıza qarşıdır. Biz İranın tələbi ilə israillə əməkdaşlıqdan qopa bilmərik. Bu, bizim müstəqil siyasətimizdir. İsraildən hərbi texnika alırıq, İsrailə neft satırıq. İsrailə neftə olan tələbatının 40%-ni Ceyhan limanı üzərindən Azərbaycan alır, biz neçə kəsə bilərik?! Bu məsələdən də İran əl götürən deyil. Biz də öz siyasətimizdən vazkeçən deyilik. Demək gərginlik qalacaq.

Üstəlik ikinci bir element: Biz Türkiyə ilə hərbi müttəfiqik, onu daha da gücləndiririk. Bu da rəsmi Tehranın xoşuna gəlmir. Ona görə də bu müstəvidə də onlar bizə qarşı müəyyən açıqlamalar yenə də səsləndirəcəklər. Amma bizim qarşımızda da müəyyən hədəflər dayanıb. Biz elə etməliyik ki, Azərbaycana yönəlik bu siyasətinə rəğmən İranı zaman-zaman yola gətirməyə çalışaq. Məsələn, İran-Ermənistan ittifaqı bizim maraqlara ziddir. Əlbəttə, görünür, İranın öz maraqları var ki, Ermənistanla sıx əlaqələr qursun, amma bizim əlimizdə çox güclü alətlər var ki, hər zaman bu ittifaqı zəiflədək və zərbə vuraq. Yəni, biz elə etməliyik ki, bölgədə İran-Ermənistan ittifaqı güclənməsin. Biz bununla İranın və ya Ermənistanın daxili işlərinə qarışmırıq. Bu, bizim maraqlara uyğun olduğu üçün bu siyasəti yürüdürük"

Uzun müddət sekslə məşğul olmayanda nələr baş verir? 18+

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ
Bakıda bu ərazi plana düşdü  — Evlər və obyektlər söküləcək (VİDEO)
SON DƏQİQƏ! Baş Prokurorluq xəbərdarlıq etdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Baş Prokurorluqdan azyaşlının ölümünə səbəb olan Mehman Xəlilovla bağlı AÇIQLAMA