Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
54737
az

Son dəqiqə! Azərbaycanda məşhur futbolçu faciəli şəkildə öldü

15:4001 İyun, 2021
2060
REDAKTORUN SEÇİMİ
  • A
"Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib. Bu barədə "Report"a Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib. Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində "Chevrolet" markalı avtomobil vurub. Şıxlarov hadisə yerindəcə keçinib. O, ekspertiza üçün morqa aparılıb. Abdullayev veteranlar adından mərhumun ailəsinə başsağlığı verib. Qeyd edək ki, Səmədağa Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində "Neftçi" "Xəzər Sumqayıt", "Avtomobilçi", "MOİK Kiyev", "Kəpəz" və "Çıraqqala Siyəzən" komandasında çıxış edib. Keçmiş hücumçu 1982-ci ildə iki dəfə SSSİ-nin U-21 yığmasının formasını geyinib. Şıxlarov 2004-cü ildə "Neftçi-2"nin, bir il sonra isə "Şirvan"ın baş məşqçisi olub. Mütəxəssis 2006 - 2008-ci illərdə "Olimpik"də, 2008-ci ildə "Neftçi" və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib. Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dələduzluqda təqsirləndirilən 2 şəxs Özbəkistana təhvil verildi