Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
51924
az

Bugünkü yoluxma rəqəmləri reallığı əks etdirmir - AÇIQLAMA

17:0702 Aprel, 2021
1119
REDAKTORUN SEÇİMİ
  • A

Bayram günlərində ictimai nəqliyyat işləmədiyi üçün bu gün deyə bilərik ki, koronavirusa yoluxma sayının artmasının ən çox baş verdiyi məkanlar kafe-restoranlardır.

Bunu "ARB 24"ün "Gündəm" verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, sözügedən məkanlarda karantin davranış qaydalarına riayət olunmur və müştəri sayı sahənin tutumuna uyğun deyil:

"Bayram günlərində ictimai nəqliyyat işləsəydi, yoluxma sayı daha çox olacaqdı. Müşahidələrimə əsasən deyə bilərəm ki, son günlər ambulator şəraitdə müalicə etdiyim insanların əksəriyyəti bayram günlərində təşkil edilən məclislərdə yoluxub. Bu yoluxmalar isə daha çox ailədaxili yoluxmalar olub".

V. Cavadzadə bildirib ki, yoluxma sayında artım bu cür davam edərsə, karantin sərtləşdirilə bilər:

"Epidemik alovlanmanın qarşısı alınmasa, yoluxma sayı daha da artacaq. Bu halda isə təbii ki, sərt karantin tədbirlərinin tətbiq olunması gözlənilən olar.

Onu da qeyd edim ki, bayram günlərində vətəndaşların testlərlə bağlı müraciəti azaldığı üçün hazırda gündəlik açıqlanan rəqəmlər reallığı əks etdirmir"./Oxu.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ
SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi:Mayın 19-u günün ikinci yarısı...

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Hacıqabulda 14 yaşlı yeniyetməni bıçaqlayan şəxs məlum olub