Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
50070
az

Azərbaycanda dəhşət! Həkimin 10 dəfə ürəyi dayandı,komaya düşdü

23:4405 Mart, 2021
2871
  • A

Azərbaycanda tanınmış reanimatoloq-anestezioloqlardan biri, yüzlərlə xəstəni ölümdən xilas edən həkim Gündüz Qasımov 15 gün əvvəl komaya düşüb.

Medicina.az-da yayımlanmış xeyirxah addımı ilə bağlı məqalədən və effektiv müalicələrinə görə “möcüzə doktor” kimi tanınan Gündüz Qasımovun fevral ayının 16-da vəziyyəti qəfil pisləşdiyindən, boğulma və tənəffüs çatışmazlığı ilə Bakıdakı özəl klinikalardan birinə çatdırılır.
Dərhal müayinə olunan həkimdə kəskin qanazlığı, kəskin tənəffüs çatışmazlığı təsdiqlənir və intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub. Ürəyində əməliyyat aparılaraq, damarları tutan tromblar təmizlənir. Ümumilikdə 10 dəfə ürək dayanması baş verib. Ürəyi yenidən elektroşokla çalışdırıblar.


8 gün sonra komadan ayılan həkimin yenidən vəziyyəti ağırlaşır və KT müayinəsi böyrəyin birinin hematomadan zədələndiyini görüblər. Ölüm-dirim savaşında olan xəstəni təcili əməliyyata alıb, bir böyrəyini çıxarmaq məcburiyyətində qalınıb.

Daha sonra reanimasiyaya yerləşdirilən Gündüz Qasımov bir həftə də kritik müşahidə altında qaldıqdan sonra nəhayət ki,

2 gün öncə süni tənəffüs aparatından ayrılıb palataya köçürülüb, vəziyyəti stabildir.

Medicina.az –a açıqlamasında Gündüz Qasımov bu vəziyyətə düşməsinin səbəbini virus pnevmoniyasından qaynaqlandığını bildirib.

“Yanvarın əvvəlindən pnevmoniya oldum, davamlı qızdırma. Koronavirusa görə analizlərim, KT müayinəm neqativ çıxdı. Ola bilsin, sadəcə ağır pnevmoniya idi. Ondan sonra 2 ay tərləmələrim oldu. Bədəndən kaliy yuyulub getdi, normal maye qəbul etmədiyim üçün tromb əmələ gəldi. Bu da qanı parçalayıb, qanın faizi kəskin düşüb. Burdan da kəskin tənəffüs çatışmazlığı yaratdı.

Gecə ilə kardioloji reanimasiyanın müdiri Firdovsi İbrahimov doktor məni belə deyək ölümün caynağından aldı. Ürək damarlarımda trombları çıxartdılar. Kaliy balansı tez düzəlmədiyi üçün tromblaşma fəsadını göstərirdi.

Ürəyin dayanması baş verəndə komaya düşmüşəm. Şükür Allaha ki, reanimasion tədbirlər effektli oldu. Sanki ikinci dəfə dünyaya gəldim.

Amma tromblardan biri böyrəyi sıradan çıxardı. İndi də həkimlər çalışır ki, tromblar həyati vacib orqanları sıradan çıxarmasın, bir daha vəziyyətim ağırlaşmasın.

Klinkanın kardioreanimasiya şöbəsinin müdiri Firdovsi İbrahimov, reanimasiya şöbə müdiri Vüqar Abdulkərimov, invaziv radioloq İlqar Allahverdiyev, reanimasiyanın həkimləri Günay və Gülana xanım kimi kolleqalarım məni ölümün caynağından xilas etdilər. Böyrək əməliyyatımı edən uzman uroloq cərrah Elbəyi Daşdəmirov və Eldar Abbasova da minnətdarlığımı bildirirəm.

İlk gündən bu oeşəakar həkimlərə güvəndim və indi də güvənirəm. Allah məni yaxınlarım, əzizlərin, dostların dualarına xatir yenidən həyata qaytardı. Həyat tərsinə dönür, bir vaxtlar xəstələrim üçün bir reanimatoloq kimi etdiyim bütün tibbi yardım və tədbirləri özüm yaşadım”.


Yaxın günlərdə Gündüz Qasımovun reanimatoloq kimi fəliyyəti dövründə klinik ölüm keçirmiş insanların nə yaşadıqları barədə silsilə qeydlərini dərc edəcəyik. Həkim ölümdən sonrakı həyatla bağlı real xəstələrin fikirlərini illərdir qeyd edərək, gələcəkdə kitabça kimi dərc etmək arzusundadır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli anlar: Qadını zorla maşına mindirib..
APA TV - nin əməkdaşı vəfat edib
Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeniyetmə oğlan Gəncə sakininə qarşı onlayn dələduzluq etdi