Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49071
az

SON DƏQIQƏ! AZAL uçuşlarla bağlı vacib açıqlama yaydı

16:0622 Fevral, 2021
2218
REDAKTORUN SEÇİMİ
  • A
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) beşillik inkişaf planına əsasən 2023-cü ilə qədər əvvəlki daşıma həcmlərinə qayıtmaq və pandemiyadan əvvəl şirkətin uçduğu bütün marşrutlar üzrə müntəzəm reysləri bərpa etmək nəzərdə tutulur. AZAL-dan Oxu24.com-a verilən məlumata görə, 2025-ci ilədək isə aviaşirkət yaxın və uzaq xaricdəki marşrut xəritəsini daha da genişləndirməyi planlaşdırır. "AZAL-ın ölkədəki uğurlu peyvəndləmə proqramı sayəsində Azərbaycan Respublikası sərhədlərinin açılmasını və sərnişindaşıma sektorunun normal fəaliyyətə dönəcəyini gözləyir", - aviaşirkətdən bildirilib. Həmçinin, uçuşların bərpası çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu xarici aviaşirkətlərin ölkəyə cəlb edilməsinin və yeni hava xətlərinin açılmasının təşviqi proqramını davam etdirəcək. Qeyd edilir ki, sərhədlərin bağlanmasına qədər Azərbaycanın bütün beynəlxalq hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli "hava azadlığı" rejimləri tətbiq olunurdu. Azərbaycana uçuşlar həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər sonradan milli aviadaşıyıcı ilə eyni hüquqları əldə edəcəklər. Həmin azadlıq dərəcələri Azərbaycan hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuş icra etmək imkanı yaradır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Əhliyə xəbərdarlıq!Mayın 12-si axşamdan 13-dək...
Avroviziyanın filanında gərginlik: İsrail 12 xalı görün kimə verdi - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı