Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43375
az

"Ermənilər bu əraziləri boşaltmalıdır, yoxsa..." - DÜŞMƏNƏ XƏBƏRDARLIQ

13:4804 Dekabr, 2020
1561
REDAKTORUN SEÇİMİ
  • A

Ermənistan Azərbaycan torpaqlarını işğal edəndən sonra dövlət sərhədini bir çox istiqamətdə irəli çəkib. Məqsəd torpaqlar nə vaxtsa qayıdarsa, həmin ərazilərin Ermənistanda qalmasıdır.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov ermənilərin qanunsuz olaraq zəbt etdiyi bütün torpaqların geri qaytarılacağını bildirib:

“Azərbaycan heç vaxt nə hansısa ölkənin ərazisinə göz tikib, nə də iddialar irəli sürüb. Biz hər zaman qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşmışıq.

Lakin Ermənistan tərəfi yüz illərdir Azərbaycan torpağına göz tikir, yersiz iddialar irəli sürür. Onlar 28 illik işğal müddətində sərhədləri irəli çəkərək, Azərbaycan torpaqlarını qanunsuz zəbt edib. Amma bu, ermənilərin düşündüyü kimi asan məsələ deyil.

Hər bir kəndin, ərazinin öz pasportu, hansı ölkəyə aid olması ilə bağlı sənədi var. Bu, beynəlxalq səviyyədə tanınmış, qəbul edilmiş qərara əsasən təyin edilir.

Ermənilərə qalsa, Cənubi Qafqazın hamısı onlara məxsusdur.

Onlar məğlub olmuş tərəf kimi qeyd-şərtsiz bizə məxsus olan bütün əraziləri boşaltmalıdır. Bunu xoşluqla etməsələr, biz güc yolundan istifadə etməyə məcbur qalacağıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var
Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı
ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu