Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43325
az

Qardaşı Aprel döyüşlərində, özü isə Şuşada şəhid oldu - Video

22:2203 Dekabr, 2020
1257
REDAKTORUN SEÇİMİ
  • A

"İkisi də hərb sənəti seçməklə mənim arzularımı gerçək edib. Uşaqlıqdan hərb sənətinə marağım çox olub. Gələndə ikisinin də alnından öpərdim ki, arzularımı doğrultdunuz. Düşmən bilməməlidir ki, şəhid hərbçi anası bükülmür. Biz onlara göstərməliyik ki, igidlərin dalında igid durur".

Oxu24.com  xəbər verir ki, bu sözləri AzTV-yə müsahibəsində Masallıdan olan iki şəhid İntiqam və Nurlan qardaşlarının anası Ziba Əsgərova deyir.

Qardaşlardan biri Nurlan Əsgərov Aprel döyüşlərində şəhid olub. İntiqam Əsgərov isə budəfəki Vətən müharibəsində canından keçib. Hər ikisi Xüsusi Təyinatlı Qüvvələrin giziri idi. Nurlan snayper idi, düşmənin xeyli sayda qüvvəsini məhv edib. Döyüş meydanından cansız bədənini qardaşı İntiqam çıxarmışdı. Sonra yenidən döyüşə qayıtmışdı. İntiqam Əsgərov isə Vətən müharibəsində Şuşa uğrunda döyüşdə şəhid olub.

Şəhid atası Bayram Əsgərov da deyir ki, əsas ağrılı yeri Qarabağın işğal altında olması idi: "Torpaqlarımızı geri qaytarmağa nail olduq".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!