Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42656
az

Bu gün SMS icazə bərpa olunacaq? - MİLLƏT VƏKİLİ

10:1526 Noyabr, 2020
602
REDAKTORUN SEÇİMİ
  • A
Son günlər Azərbaycanda koronavirusa yoluxan və dünyasının dəyişənlər araslnda kəskin artım müşahidə olunur. Son məlumata görə, koronavirus infeksiyasına 3646 yeni yolub, analiz nümunələri müsbət çıxan daha 34 nəfər isə vəfat edib. Bəs, bunun qarşısını almaq üçün hansı addımları atmaq lazımdır? Yenidən SMS icazənin tətbiqinə ehtiyac varmı? Məsələ ilə bağlı açıqlama verən millət vəkili Aydın Mirzəzadə yoluxma sayının daha da artacağı təqdirdə SMS icazənin qaçılmaz olduğunu bildirib: "Əlbəttə, əgər yoluxma sayı artım tempində gedərsə, yenidən bəzi sərt qadağalar, eləcədə SMS icazə tətbiq edilə bilər. Amma hər şeydən əvvəl gərək özümüz qadağalar tətbiq edək. Düzdür, artıq insanların bir çoxu küçədə də maskadan istifadə edir, amma bir nəfərin buna laqeyd yanaşması 10-larla insanın virusa yoluxmasına səbəb ola bilər. Hesab edirəm ki, əgər hamı bir nəfər kimi qaydalara əməl etsə, yenidən sərt rejimə keçməyə ehtiyac olmayacaq”. Millət vəkili ictimai nəqliyyatda olan sıxlığa da münasibət bildirib: "Avtobuslarda həddindən artıq sıxlıq müşahidə olunur. Bunun qarşısını almaq üçün birincisi, Bakı Nəqliyyat Agentliyi ehtiyatında olan bütün avtobusları reysə buraxmalıdır. İkincisi, bir sıra dövlət və özəl təşkilatlar var ki, onlar müəyyən avtobuslara sahibdir. Həmin şirkətlər metro açılana qədər sözügedən avtobusları ya reysə buraxmalıdır, ya da ən azından şirkətin (İdarənin) əkdaşlarının işə gedib-gəlməsi üçün ayırmalıdır. İstər bu avtobuslar ödənişli olsun, istər ödənişsiz, hər bir halda nəqliyyatdakı sıxlığı azaltmaq üçün mütləq nəsə etmək lazımdır”. (redaktor.az) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Bakıda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”