Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42599
az

General Hikmət Həsənov açıqlama verdi: Döyüşdə elə məqam olub ki, Babək Səmidli məni həyata qaytarıb

16:2625 Noyabr, 2020
537
REDAKTORUN SEÇİMİ
  • A
"Şəhid polkovnik Babək Səmidli millətini, bayrağını, xalqını sevən bir igid idi, bir dost kimi isə ləyaqətli sirdaş, yaxın bir silahdaş idi". Trend-in məlumatına görə, bunu 1-ci Ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov bir neçə gün əvvəl Suqovuşanda minaya düşərək şəhid olan polkovnik Babək Səmidli haqqında danışarkən deyib. General-mayor bildirib ki, Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib: "Aprel döyüşlərində də, bu döyüşlərdə də o bizimlə çiyin-çiyinə döyüşüb. Həmişə bir söz deyərdik - Birincisi Allah üçün, dövlət üçün, millət üçün, Ali Baş Komandanımız üçün, sındırılmış qürurumuzu yüksəltmək üçün bu savaşa giririk, bu yolun geri addımı yoxdur. Uca rəbbimə şükürlər olsun ki, bu zəfəri bizə nəsib etdi. Bu zəfərin sayəsində artıq biz məğlub ordu, məğlub millət, qüruru ləkələnmiş millət deyilik. Bunların hamısı Babək başda olmaqla qanını dövləti və milləti üçün fəda edən bütün şəhidlərimizin, heç bir maraq güdmədən canını verən qardaşlarımın sayəsindədir. Onlar ölməyiblər. Babək Səmidli döyüşlərdə ən çətin məqamlarda mənim yanımda olub. Hətta döyüşün gedişatında elə bir məqam olub ki, o məni yenidən həyata qaytarıb, vaxtında xəstəxanaya çatdırıb. Həmişə buna görə ona təşəkkür edirdim". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seymur Alişanov qətlə yetirilib
Türkiyə tərəfi Rəisinin helikopteri ilə bağlı sensassion açıqlama YAYDI
DİN vətəndaşlara çağırış edir: Diqqətli olun!