Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39723
az

“Azərbaycan Ordusu kritik mərhələni keçdi, indi daha sürətlə irəliləyəcək...” - SEVİNDİRİCİ AÇIQLAMA

13:4606 Oktyabr, 2020
2574
  • A

Türkiyəli təhlükəsizlik və antiterror məsələləri üzrə ekspert Coşkun Başbuğ “Yeni Şafak” qəzetinə müsahibəsində Azərbaycan Ordusunun Qarabağda döyüş əməliyyatlarını şərh edib.

Oxu24.com  xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan Ordusu həm əməliyyatın planlaşdırılması, həm icra edilməsi mərhələsini çox uğurlu şəkildə həyata keçirir.

Başbuğ qeyd edib ki, Dağlıq Qarabağ kimi mürəkkəb coğrafi şəraitə malik bölgədə dünyanın azsaylı orduları döyüş əməliyyatları apara bilər.

“Bu cür mürəkkəb, çətin əməliyyatdan əvvəl qərargah zabitlərinin ərazini çox ciddi təhlil etməsi lazım idi. Əməliyyatların gedişi Azərbaycan Silahlı Qüvvələrinin bu işi necə düzgün gördüyünü sübut edir. Çünki şüursuzcasına hərəkət edilsəydi xaos, qəza və ciddi itkilər olardı. Azərbaycanı həqiqətən təbrik etmək lazımdır. Oradan gələn qardaşlarımıza verdiyimiz təlimlərlə hərbi ruhun yüksəldiyini görürük”,- Coşkun Başbuğ belə deyib.

 

O vurğulayıb ki, Azərbaycan Ordusu 5 istiqamətdən hərəkətə keçib. Cənubda Cəbrayılın azad edilməsi, şimalda irəliləməsi qazanılan ilk ciddi uğurlardır. Başbuğ hərbi əməliyyatların nə qədər davam edəcəyi barədə danışarkən bu cür müharibələrdə vaxt müəyyən etməyin düzgün olmadığını bildirib. “Doktrina baxımından vaxt müəyyən etmək düzgün deyil. Müddətə təsir edən bir çox amillər var. İqlim amili, coğrafi şərtlər, yeni fövqəladə situasiyaların meydana çıxması kimi. Azərbaycan Ordusu çox qısa müddətdə bu cür böyük uğur əldə edə bildi. Bundan sonrakı mərhələdə proses daha sürətlə gedəcək. Ermənistan ordusu ən böyük müqaviməti birinci müdafiə xəttində göstərdi. Bu xətt qırıldıqdan və müəyyən mərhələ keçildikdən sonra arxası corab sökülməsi kimi asan gedəcək”,- deyə ekspert bildirib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda dəhşətli anlar: Qadını zorla maşına mindirib..
APA TV - nin əməkdaşı vəfat edib
Axtarışda olan İlhamə saxlanıldı - RƏSMİ

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda OLAY: Qadını əri və oğlu döyərək zorla maşına mindirdi