Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37513
az

Azərbaycanda insanlar ən çox bu xəstəliklərdən ölürlər - SİYAHI

09:1114 Avqust, 2020
360
  • A

Azərbaycanda 2019-cu ildə ölüm səbəbləri üzrə statistika açıqlanıb.

Oxu24.com  xəbər verir ki, ötən il ölkədə qan dövranı sisteminin xəstəliklərindən (ürək-damar xəstəlikləri) ölənlər daha çox olub.

Dövlət Statistika Komitəsinin bundan əvvəlki məlumatlarında bildirilirdi ki, ötən il ölkədə 55 916 ölüm faktı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə 2018-ci illə müqayisədə, ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

2019-cu ildə Azərbaycanda 32 471 nəfər (2018-ci ildə bu rəqəm 33 909 təşkil edib) qan dövranı sistemi xəstəlikləri səbəbindən vəfat edib.

Ölkədə xəstəliklərdən ölümə səbəb olan ikinci amil isə yeni törəmələrlə (onkoloji xəstəliklər) bağlıdır. 2019-cu ildə yeni törəmələrdən ölənlər 8 819 nəfər olub. Bu, 2018-ci illə müqayisədə çoxdur. Belə ki, 2018-ci ildə eyni səbəbdən 8 718 ölüm faktı qeydə alınıb.

Ötən il travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 2 789 nəfər ölüb.

Səbəblər üzrə ölümdə həzm sistemi xəstəlikləri dördüncü yerdədir. Bu xəstəliklər Azərbaycanda ötən il 2 687 nəfərin həyatına son qoyub.

Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalardan ölüm halları isə 2018-ci illə müqayisədə çox olub. İki il əvvəl bu hal üzrə 1 598, ötən il isə 1 687 ölüm qeydə alınıb. / Oxu.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kapital Bank gənclərin təhsilinə və inkişafına dəstək verməyə davam edir
İlhamə Quliyevanın oğulluğunun itkin düşdüyü anla bağlı ŞOK SƏS YAZISI
Qaz olmayacaq - DİQQƏT!

“Instagram”da bu  qadağan olunacaq

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda 3 kuryerdən 11 kq heroin, marixuana və metamfetamin aşkarlandı - VİDEO