Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36906
az

SON DƏQİQƏ! Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR

21:3004 Avqust, 2020
1798
REDAKTORUN SEÇİMİ
  • A

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış qaydaları məlum olub. 

Oxu24.com -un  məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında əksini tapıb. 

Qərara əsasən, aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında xüsusi sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlara giriş-çıxış edə biləcəklər:

- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;

- Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;

- mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

- dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;

- hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;

- Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlərNazirliy i tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA