Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
36038
az

Ermənilərin gizlətdikləri meyitlər kimlərdir  - SENSASSİON FAKT ÜZƏ ÇIXDI

19:0521 İyul, 2020
2272
  • A

“Dünən Serbiya müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub. Ona Serbiyanın Ermənistana silah satmasının Azərbaycan-Serbiya münasibətlərinin ruhuna cavab vermədiyi qeyd olunub”.

Oxu24.com -un  xəbərinə görə, bunu bu gün mətbuat konfransında Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib. 

O deyib ki, Tovuz istiqamətində mülki obyektlərin hədəfə alınması Serbiya müvəqqəti işlər vəkilinin diqqətə çatdırılıb. Görüş zamanı Serbiyalı rəsmi silah satışı məsələsindən xəbərsiz olduğunu, bu məsələni ölkəsinin rəhbərliyinə məruzə edəcəyini söyləyib.

Leyla Abdullayeva onu da bildirib ki, Ermənistanın əməli hərbi təcavüz və terror aktıdır: “Qoşulmama Hərəkatı iyulun 18-də qəbul etdiyi kommünikedə baş verən təxribatı qətiyyətlə pisləyib. Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər. Beynəlxalq təşkilatlarla bərabər, ayrı-ayrı dövlətlər də Ermənistanın təxribatını pisləyib. Son günlər Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktlarına cəhdlər olur, aksiyalar keçirməyə çalışırlar. Azərbaycanlılar tərəfindən həmin ölkələrdə Ermənistanın bu cəhdlərinə qarşı cavab aksiyaları təşkil olunur. Erməni radikal təşkilatlarının bu hərəkətlərinə aksiyalarla cavab verilir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə bildirib ki, Ermənistan tərəfi itkilərini gizlədir: “Komandanlıq tərəfindən düşmənə cavab verilməsi ilə bağlı dərhal əmr verilib. Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması ilə bağlı tapşırıq verilib və bölmələrimiz fəaliyyətə başlayıb. Düşmənin ön xətdə yerləşən mövqeləri, dayaq məntəqələri, ehtiyatları, 100-dən artıq canlı qüvvəsi məhv edilib. Ermənistan mətbuatının, sosial şəbəkələrin monitorinqi düşmənin itkisinin yüzlərlə olduğunu göstərir. Yəqin ki, bir müddət sonra Ermənistan mütəmadi olaraq itkilərini müxtəlif adlar altında ortaya çıxaracaq”.
 
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi qeyd edib ki, düşmən itkiləri arasında Suriya və Yaxın Şərq ölkələrindən Ermənistana köç edən erməni əsilli şəxslərin də olması ehtimal olunur: “Ona görə də Ermənistan hərbi rəhbərliyinin bu itkiləri gizlətmək imkanı artır. Bu təxribat nəticəsində ərazi itkisi olmayıb. Ərazi itkisi ilə bağlı səsləndirilən iddiaları tam rədd edirik”.
 
Vaqif  Dərgahlı onu da nəzərə çatdırıb ki, düşmən tərəfin işğal olunmuş ərazilərdə və Naxçıvan istiqamətində fəallığı müşahidə olunub: “İyulun 14-də Naxçıvan istiqamətində Ermənistan silahlı qüvvələrinin bir avtomobili məhv edilib. Bu döyüşlərdə bölmələrimiz qarşısında düşmən mövqelərini ələ keçirmək məqsədi yox idi. Bizim Azərbaycan-Ermənistan sərhədində hərbi məqsədimiz yoxdur. Təəssüflər olsun ki, şəhidlərimiz də olub, onlara başsağlığı veririk. Yaralılarımız da var və onlar hərbi tibb müəssisələrində müalicə alırlar”.

Hazırda təmas xəttində vəziyyətin ordumuzun nəzarəti altında olduğunu deyən Vaqif Dərgahlı bildirib ki, bəzi KİV-lərin Tovuzda gedən döyüşlər zamanı yaralananlara baş çəkmək istəyini anlayışla qarşılasalar da, pandemiya səbəbindən bunun mümkün olmadığını hamı qəbul etməlidir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN AÇIQLAMA YAYDI: 53 nəfər saxlanılıb
Şəmkirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var
Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü