Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34519
az

SON DƏQİQƏ! YENİ QANUN HAZIRLANIR

21:1403 İyul, 2020
829
REDAKTORUN SEÇİMİ
  • A

“Sərt karantin rejimi dövründə avtomobillərin dövlət nömrə nişanının SMS icazə sisteminə daxil edilməsi və videomüşahidə kameraları vasitəsi ilə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi ilə əlaqədar yeni qanun layihəsi hazırlanır.

Milli Məclisdə qanunvericiliyə dəyişiklik olarsa və qanun təsdiqlənərsə, o zaman bu, tətbiq olunacaq”.

Oxu24.com -un  məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Nazirlər Kabinetinin qərarı ilə xidməti vəsiqə ilə hərəkətinə icazə verilən şəxslərin avtomobillərinə gəlincə, Dövlət Agentliyinin sədri deyib ki, bu məsələnin də qanunvericilikdə texniki həlli əksini tapmalıdır:

“Birinci, qanun icazə verməlidir ki, kamera vasitəsi ilə cərimə yazıla bilsin. Vəsiqəsi əsasında hərəkət edən insanların kamera vasitəsi ilə cərimələnməməsinin təmin olunması texniki məsələdir, tənzimlənəcək”.

  Ü. Mehdiyev qeyd edib ki, iyulun 5-dən vətəndaşlara SMS yazarkən avtomobillərinin də dövlət nömrə nişanını yazmaq tövsiyə edilib:

“Amma cərimə hələ tətbiq olunmayacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN AÇIQLAMA YAYDI: 53 nəfər saxlanılıb
Şəmkirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var
Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü