Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34210
az

Hamilə olan qadınlar diqqətli olsun! - Baş mama-ginekoloq müraciət etdi

18:0230 İyun, 2020
557
REDAKTORUN SEÇİMİ
  • A

Ölkəmizdə koronovirus infeksiyasına yoluxanların sayının günbəgün artması hamımızı narahat edir. Ən çox da hamilə qadınları. Çünki onlar təkcə özlərindən yox, həm də bətnlərindəki körpələrin sağlamlığı baxımından narahatdırlar.

- Gün-gündən xəstəlik çoxalır. Mən də bətnimdəki körpəmdən çox narahatam. Mən tutsam, körpəm də yoluxarmı deyə qorxuram. Evimdəki iki balaca körpəmə görə də narahatam.

Bəs həqiqətən də narahatlığa əsas varmı? Əgər bir hamilə qadının koronovirus testi müsbət çıxıbsa, bu, onun bətnindəki körpəyə zərər verə bilərmi? Ana virus daşıyıcısıdırsa, körpəsinə süd verməsi təhlükəlidirmi?

Qeyd edək ki, bu həftə Azərbaycanda koronavirusa yoluxan iki hamilə qadın dünyasını dəyişib. Bu səbəbdən Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova APA TV-yə açıqlamasında hamilə qadınları ehtiyatlı olmağa çağırır: “Əgər bir xanımda koronovirus testi müsbət çıxıbsa, o, ilk öncə gərək mütləq 103  xidmətinə zəng edərək bu haqda xəbər versin. COVID-19 virusu hava-damcı yolu ilə yoluxur. Ona görə ana bətnində inkişaf edən uşağa keçə bilməz. Amma hər halda, hər bir ana gərək özünü elə qorusun ki, onun bətnindəki inkişaf edən uşağı, doğulmuş uşağı süd vermə zamanı yoluxdurmasın. Sübut olunmayıb ki, süd ilə uşağı yoluxdurmaq olar. Yoluxma nəfəslə bas verir. Ona görə də ananın testinin cavabı pozitiv çıxarsa, gərək mütləq maska taxsın, uşağa öz  nəfəsini verməsin. Əgər ana xəstədirsə, təlimata uyğun olaraq ananın südü sağılaraq başqa sağlam şəxs tərəfindən uşağa verilə bilər”.    
 
İndiyədək virus daşıyıcısı olan hamilə qadının uşağını yoluxdurması müşahidə olunmayıb. Bu, ana olmağa hazırlaşan xanımların gərginliyini az da olsa, aradan qaldırır. Amma bu, arxayınlıqla nəticələnməməlidir. Hamiləlik qadının daxilindəki bütün gizli xəstəliklərin aşkara çıxdığı həssas dönəmdir. Hamilə qadınlar gigiyenik qaydalara, izolyasiya olunmağa daha çox diqqət etməlidirlər. Uşaqlarını südlə qidalandırdıqları zaman maskadan istifadə etməli, əllərinin təmizliyinə diqqət yetirməlidirlər.

Sevinc Məmmədovanın sözlərinə görə, düzgün həyat tərzi sürülmürsə, bütün qaydalara riayət olunmursa, hamilə olmayan insanlar belə risk qrupuna daxildirlər. Əgər hamilə və ya yenicə uşaq dünyaya gətirmiş qadın koronavirusa yoluxubsa, 7 gün ərzində təcrid olunmalıdır. Müalicədən sonra yenidən test verməli, cavabı neqativ çıxarsa, o zaman uşaqla təmasda olmalıdır.

Ana olmağa hazırlaşan, və ya yenicə körpələrini qucağına almış anaları maraqlandıran suallardan biri də budur ki, virusun yayıldığı dövrdə yeni doğulmuş körpəyə peyvənd vurulmalıdırmı?

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədovanın sözlərinə görə, vaxtı-vaxtında uşaqlar mütləq şəkildə peyvənd olunmalıdırlar: “Bu, uşağın gələcək sağlamlığı üçün çox vacibdir. Peyvəndi vurmamışdan əvvəl pediatr uşağı diqqətlə yoxlayır, qızdırmasını ölçür. Əgər əks-göstəriş yoxdursa, o zaman peyvənd olunur”.

Baş mama-ginekoloqun dediyinə görə, indiyədək Azərbaycanda 30 nəfər hamilə qadında koronavirus aşkarlanıb. Virusun aşkarlanması hamiləliyin vaxtından əvvəl sonlanması demək deyil. Amma COVID-19 daşıyıcısı olan anada nəfəs darlığı, fəsadlaşma varsa, hamiləlik yarımçıq saxlanıla bilər.

Koronovirusun səbrimizi imtahan etdiyi bir dövrdə həm bətnindəki körpəni qorumaq, həm də uşaq dünyaya gətirmək çətindir. Bütün bu çətinliklərin öhdəsindən gəlməyin bir yolu var: eşitməkdən yorulsaq da, izolyasiya olmaq, sosial məsafə saxlamaq, maska taxmaq və daha səbirli davranmaq. Yalnız bu sadə, kiçik qaydalara əməl edərək, uşaqlara virussuz, təhlükəsiz  dünya bəxş edə bilərik.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ
DİQQƏT! DİN vətəndaşlara müraciət edib

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA