Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
30138
az

SON DƏQİQƏ! Şəhərə daxil olan yol bağlandı +VİDEO

16:1430 Aprel, 2020
1351
REDAKTORUN SEÇİMİ
  • A

Bakı-Sumqayıt yolunda aparılan yenidənqurma işləri çərçivəsində 30 aprel və 1 may tarixlərində Moskva prospektindən 20 Yanvar dairəsinə, şəhərdən çıxış istiqamətinə doğru nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Hazırda yolun asfalt qatının yenisi ilə əvəz olunması prosesi həyata keçirilir. 

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan, həmçinin Moskva pr-ti – Cavadxan küç.–3-cü mkrn.dairəsi və ya Tbilisi pr-ti – Ədbdulvahab Salamzadə – Ceyhun Səlimov küçələri–3 mkrn.dairəsi istiqamətlərindən istifadə edərək Asif Məhərrəmov və Rövşən Cəfərov küçələri ilə Moskva pr-nin köməkçi yoluna çıxa bilərlər.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, ərazidə genişləndirmə işləri aparılıb: “Həm 20 yanvar dairəsinin özündə, həm də dairədən çıxan yollarda genişləndirmə işləri aparılıb. O cümlədən Moskva prospektinə çıxan hissəsində də bir qədər genişləndirilmə işləri görülüb”.

20 yanvar dairəsində aparılan təmir-yenidənqurma işləri bununla yekunlaşmır. Belə ki, 2 və 3 may tarixlərində isə Moskva prospektindən 20 Yanvar dairəsinə, şəhər istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Alternativ olaraq sürücülər Moskva prospektinin əsas yolundan və Bakı Dairəvi-1 avtomobil yolundan, həmçinin Alatava–Dadaş Bünyadzadə, Alatava–Müzəffər Həsənov küçələri istiqamətindən, istər 20 Yanvar dairəsinə, istərsə də şəhərin digər istiqamətlərinə çıxa bilərlər.

Bütün bu işlərlə yanaşı metronun 20 yanvar stansiyasının giriş-çıxış hissəsinin də yeri dəyişdirilir. Anar Nəcəfli deyir ki, bu da həmin ərazidə yolun bir qədər genişləndirilməsi və ərazidəki tıxac probleminin nisbətən aradan qaldırılması ilə nəticələnəcək: ”Moskva prospektindən gələn nəqliyyat vasitələri işıqforda gözləmədən Müzəffər Həsənov küçəsinə sağa doğru dönə biləcəklər. Bu dəyişikliyin əsas məqsədi konflikt nöqtələri aradan qaldırmaqdı. Burada dairənin formasının kiçildilməsi, eyni zamanda Müzəffər Həsənov küçəsindən birbaşa dairəyə girişdə məhdudlaşdırıldı”.

Qeyd edək ki, 20 yanvar dairəsində görülən işlər may ayının 4-nə kimi aparılacaq. Ümumilikdə isə Bakı-Sumqayıt yolunda aparılan təmir-tikinti və yenidənqurma işlərinin may ayının sonuna kimi tamamlanması nəzərdə tutulur. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
Polis Bakıda tutulan Lalə ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Kürdəmirdə narkotikin satışı ilə məşğul olan şəxs saxlanıldı